Gürcüstanda son vəziyyət

Tbilisidə xüsusi təyinatlılar etirazçıları Rustaveli prospektindən sıxışdırıblar, bundan sonra onlar etirazçıları kütləvi şəkildə saxlamağa başlayıblar

Tbilisidə xüsusi təyinatlılar etirazçıları Rustaveli prospektindən sıxışdırıblar, bundan sonra onlar etirazçıları kütləvi şəkildə saxlamağa başlayıblar.

Arazmedia.az  xarici KİV-ə istinadən xəbər verir ki, xüsusi təyinatlılar bütün gecəni etirazçıları Rustaveli prospektində saxlayıb, onların parlamentə qayıtmasına mane olub.

Səhər saatlarında hüquq-mühafizə orqanları bir neçə etirazçını saxlayıb.Gürcüstan Daxili İşlər Nazirliyinin məlumatına görə, dekabrın 1-2-də Tbilisidə keçirilən etirazlar zamanı 21 polis yaralanıb.

Xatırladaq ki,  noyabrın 28-dən Tbilisidə və Gürcüstanın digər şəhərlərində hakimiyyət ölkənin 2028-ci ilə qədər Avropa İttifaqına daxil olması ilə bağlı danışıqları dayandırdığını elan etdikdən sonra etiraz aksiyaları keçirilir.

Mənbə: Gürcüstanda son vəziyyət

ÖNCEKİ HABER

Zığ dairəsi-Hava Limanı yolunda sürət həddi endirildi

SONRAKİ HABER

Evində narkotik vasitələr saxlayan şəxs həbs edildi