Bəşər Əsəd Türkiyədən kömək istəyir

Suriya prezidenti Bəşər Əsəd ölkədə baş verən son hadisələr fonunda Türkiyə ilə təmaslar axtarmağa başlayıb

Suriya prezidenti Bəşər Əsəd ölkədə baş verən son hadisələr fonunda Türkiyə ilə təmaslar axtarmağa başlayıb.

Arazmedia.az xəbər verir ki, bu barədə “Türkiyə” qəzeti məlumat yayıb.

Nəşr öz mənbələrinə istinadən yazır ki, Suriya lideri iki vasitəçi vasitəsilə Türkiyə hakimiyyətinə danışıqlar təklifi göndərib. Qəzet Türkiyə hakimiyyətinin Suriya ilə münasibətləri normallaşdırmaq təşəbbüslərini xatırladaraq, “İndiyə qədər Əsəd Türkiyənin ona uzatdığı ələ cavab verməyib” ifadəsini qeyd edib. 

Suriya televiziyası daha əvvəl məlumat vermişdi ki, Əsəd Türkiyə hakimiyyəti ilə danışıqlar aparmaq üçün Antalyaya nümayəndə heyəti göndərməyi əmr edib. “Sözcü” qəzeti Türkiyə xüsusi xidmət orqanlarındakı mənbələrə istinadən bu məlumatı təkzib edib.

Mənbə: Bəşər Əsəd Türkiyədən kömək istəyir

ÖNCEKİ HABER

“Nasaz maşınlarla yola çıxmayın” – DYP

SONRAKİ HABER

Leyla Əliyevadan oğullarına ad günü təbriki