Dövlət orqanlarına şortiklə getmək etik cəhətdən qəbul olunmazdır - Kamran Əliyev

Dövlət orqanlarına şortiklə getmək etik cəhətdən qəbul olunmazdır - Kamran Əliyev

ÜMİDTV.com:         Azərbaycanda sürücülük vəsiqəsi almaq üçün imtahana şortikdə gedən kişilər binaya buraxılmayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin mətbuat katibi, polis polkovniki Kamran Əliyev Qafqazinfo-ya açıqlamasında bildirib ki, geyimlə bağlı heç yerdə dəqiq qadağa yoxdur:

“Amma adi bir restoranlara gedəndə müəyyən geyim formalarında ümumiyyətlə içəri buraxmırlar. Milli mentalitetimizdə də dövlət orqanlarına çəkələklə, şortiklə getmək etik cəhətdən qəbul olunmazdır.

Qadın gödək paltar da geyinə bilər, şortik də. Ona heç kim heç nə deyə bilməz, bu onun haqqıdır, onun öz hüququdur.

Amma kişilərin bizim cəmiyyətdə qəbul olunmaz formada geyinib gəlməsi uyğun deyil. Bu səbəblə kişilərə tövsiyə olunur ki, dövlət qurumlarına uyğun geyimdə gəlsinlər. Bu, bizim istəyimiz yox, bura gələn digər şəxslərin tələbi, müraciəti ilə bağlıdır”.

ÖNCEKİ HABER

19 sentyabr 2020 ci il tarixində Göyçay rayonunda Təzə bazarda yeni ticarət mərkəzinin açılışı oldu.

SONRAKİ HABER

Azərbaycan Prezidentinin köməkçisi İran səfiri ilə görüşüb