Heydər Əliyev, Azərbaycanın müasir dövlətçiliyinin yaradılmasında əvəzsiz rol oynamış bir liderdir. Onun apardığı islahatlar yalnız siyasi və iqtisadi sahələrlə məhdudlaşmayıb, sosial rifahın yaxşılaşdırılması və xalqın gündəlik problemlərinin həllinə də yönəlmişdi. O, hər bir vətəndaşın qayğısına qalır, cəmiyyətdə sosial ədalətin təmin olunmasına çalışırdı.
Heydər Əliyevin irsi və davamlı inkişafı bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Onun uzaqgörən siyasəti sayəsində Azərbaycan beynəlxalq arenada mövqeyini daha da gücləndirib. 2020-ci ildəki Vətən müharibəsində qazanılan tarixi zəfər, Heydər Əliyevin əsasını qoyduğu güclü dövlətçilik ideyasının təsdiqidir.
Azərbaycanın bugünkü uğurları, Heydər Əliyevin uzaqgörənliyini və müdrikliyini bir daha təsdiq edir. O, yalnız bir dövrün lideri deyil, həm də millətimizin gələcəyini təmin edən ideyaların müəllifidir. Onun yaratdığı milli ideologiya, hüquqi baza və iqtisadi islahatlar, Azərbaycanın sabitliyi və inkişafının zəmini olaraq önə çıxır.
Heydər Əliyev, həyat fəlsəfəsini millətinə, dövlətinə və gələcək nəsillərə bəslədiyi sonsuz sevgi ilə zənginləşdirmişdir. O, yalnız dövlət quruculuğu ilə kifayətlənməmiş, həm də xalqına ruh vermiş, ona inam aşılamışdır. Xalqın lideri olan sevgisi də təsadüfi deyil. Çünki Heydər Əliyev, hər bir azərbaycanlının qəlbində ümid çırağı yandırmışdı.
Hər il 12 dekabrda Heydər Əliyevin anım günü qeyd olunan zaman, onun xalqımızın tarixi üçün nə qədər böyük əhəmiyyət daşıdığı bir daha xatırlanır. Bu gün Heydər Əliyev adı, sadəcə bir dövlət başçısı kimi deyil, xalqın qəlbində əbədi iz buraxan lider kimi yaşayır.
Heydər Əliyev irsi əbədiyətdir. Onun qurub-yaratdığı müasir Azərbaycan, xalqımıza qoyduğu mənəvi miras və onun ideyaları gələcək nəsillərin inkişafına işıq saçmağa davam edəcək. Ümummilli Liderin xatirəsi və əmlləri, hər bir azərbaycanlı üçün bir iftixar mənbəyidir.
Ümummilli Liderimizi dərin hörmətlə anır, Allahdan rəhmət diləyirik!
İsmayıl Nadirxanlı
Mənbə: Xilasdan Qurtuluşa: “Heydər Əliyev irsinin işığında müstəqil Azərbaycanın uğur yolu”