2025-ci ilin kino sferasinda yeniliklər dolu olacağı gözlənilir. Bu il kinosevərlər üçün bir çox maraqlı və müxtəlif janrda filmlər təqdim ediləcək.
Bu gündən - 3 yanvar tarixindən kinoteatrlarda nümayiş olunan “Nosferatu” filmi: Bram Stokerin 1897-ci ildı yazdığı "Drakula" romanı əsasında 1922-ci ildı lentə alınan səsiz filmi yenidən sərhəd edib, ekran işində vampirlərin qaranlıq dünyası təsvir edilir. Əsasən qorxu filmləri ilə tanınan rejissor Robert Eggersin bu ekran işinin baş rolları Lily-Rose Depp, Nikolas Holt, Uilem Dafoe və Bill Skarsgård canlandırır.
Elm fantastika və qara komediya janrında çəkilən, Oskar mükafatlı rejissor Bong Joon-Honun “Mickey 17” filmi də bu ilin gözlənilən ekran işləri sırasındadır. Kinoda planetlər və ulduzlararası səyahətlərdən, həmçinin bu səyahətlərin qəhrəmanlarından bəhs edilir. Baş rolu Robert Pattinsonun canlandırdığı ekran işi 18 apreldə kinosevərlərin görüşünə gələcək.
Colson Whiteheadin eyniadlı romanı əsasında ərsəyə gətirilən “Nikel Boys” filmi də bu il yayımlanacaq ekran əsərlərindəndir. Film Dozier Məktəbinin tarixindən, məktəb kollektivinin tələbələrə qarşı necə qəddar davranmasından və qaradərili bir yeniyetmənin irqçiliyə qarşı mübarizəsindən bəhs edir. Rejissor Ramell Rossun lentə aldığı filmin buraxılış tarixi hələ ki, müəyyən edilməyib.
Venesiya Film Festivalında premyerası olan “Babygirl” filmi də bu il kinoteatrlara bəzəyəcək. Ekran işi Romi Harris Dickinsonun ifa etdiyi böyük bir sirkin baş direktoru olan Samuel ilə Nikol Kidmanın canlandırdığı təcrübəçi arasında olan qeyri-qanuni münasibətdən, ailə həyatı və kariyerasını təhlükəyə atmasından bəhs edir. Nikol Kidmanın cəsarətli oyunu ilə tanınan ekran işində Ester Rouz MacGregor da rol alır. Film 24 yanvar tarixində yayımlanacaq.
Feysbukun qurucusu Mark Zukerberq və onun dostlarının hekayəsindən bəhs edən "The Social Network" filminin davamı olan yeni ekran işi də bu il kinoteatrlarda izləyə biləcəyiniz filmlər sırasındadır. "Real Pain" adlı filmdə Cessi Eisenberg və Endryu Qarfild, Polşaya səyahətə gedən iki yəhudi oğlunu canlandırırlar. 28 fevralda izləyə biləcəyiniz filmin prodüserləri arasında aktrisa Emma Stoun da var.
Məşhur amerikalı musiqiçi Bob Dylanın həyatından bəhs edən “A Complete Unknown” filmi isə 7 fevralda filmsevərlərin görüşünə gələcək. Ekran işində baş rolu Timothée Chalamet canlandırır. Monika Barbaro isə musiqiçi Joan Baez rolunda çıxış edir.
Bu il Kann Film Festivalında premyerası keçirilən və münsiflər heyətinin xüsusi mükafatını alan “The Seed of the Sacred Fig” filminin yayımlanmasına isə sayılı günlər qalır. Ekran işi İranda gender bərabərsizliyi və din vasitəsilə qadınlara qarşı zülmdən bəhs edir. Etirazlara dəstək verdiyindən görə həbs və sürgün cəzasına məhkum edilən rejissor Məhəmməd Rasulof filmi gizli şəkildə lentə alaraq İrandan qaçıb. Böyük maraq doğuran ekran işini 10 yanvar tarixində kinoteatrlarda izləyə biləcəksiniz.
Danny Boylinin eyniadlı ekran işinin davamı olan “28 Years Later” filmi də yenidən nümayiş olunacaq. Aaron Taylor-Johnson və Ralf Fiennesin rol aldığı, 20 iyunda yayımlanacaq ekran işi zombi hücumlarından sağ qalmağa çalışan insanların həyatından bəhs edir.
Bu ilin səbirsizliklə gözlənilən ekran işlərindən biri də illərdir sevərək izlənilən “Mission: Impossible” filminin “-The Final Reckoning” final bölümüdür. Ssenari müəllifi Erik Jendresen, rejissoru Kristofer McQuarrie olan ekran işinin baş rolu agent Ethan Hunt rolunu isə aktyor Tom Cruise canlandırır. 23 may tarixində son bölümü ilə film böyük ekranlarda izləmək mümkün olacaq.
Formula 1 pilotu Lyuis Hamiltonun prodüserlər arasında yer aldığı F1 filmində isə Bred Pitt və Xavyer Bardem baş rolda çıxış edir. Film iyun ayında nümayiş olunacaq.
İl ərzində gözlənilən super qəhrəman filmləri arasında "Kapitan Amerika: Cəsur Yeni Dünya", "Supermen", "Fantastik Dördlük: İlk Addımlar" var.
```