ÜMİDTV-NİN ÜZƏRİNDƏ MAFİYA OYUNU DAVAM EDİR: BUNU EDƏNLƏR KİMLƏRDİR ?

Ümid Tv Azərbaycan kanalının üzərində mafiya oyunu oynayanlar tapılıb cəzalandırılmalıdır !

ÜMİDTV.com:          Məlumat üçün bildirək ki, son günlər ÜmidTv Azərbaycan kanalının əməkdaşlarına qarşı bəzi mafiya oyunu oynayanlar tərəfindən basqılara başlanılıb. Həmin şəxsləri istiqamətləndirələrin  isə rəsmi dövlət işində çalışan bəzi vəzifə səlahiyyətlilərinin olmasına əsalı şübhələrimiz var. Hazırda bu istiqamətdə araşdırmalarımız davam edir. 

Qeyd edək ki, ötən həftə Ümid Tv Azərbaycan kanalının xüsusi əməkdaşı naməlum şəxslər tərəfindən zorla avtomobilə əyləşdirilərək bizə məlum olmayan istiqamətə aparılmışdı. Bu barədə dərhal Daxili İşlər Nazirliyinin 102 xidmətinə, eyni zamanda Mətbuat Xidmətinə də tərəfimizdən məlumat verilmişdi.  Rəsmi olaraq bizə heç bir məlumat verilmədi. Lakin öz tərəfimizdən şəxsi kanallarla əldə etdiyimiz məlumatdan əməkdaşımızın kimlər tərəfindən götürülməsi bəlli oldu. Hələ ki, həmin qurumun adını açıqlamaq istəmirik. 

Bundan başqa, artıq 4-cü gündür ki, iki nəfər xüsusi təlimatlandırılmış şəxslər tərəfindən Ümid Tv Azərbaycan kanalının əməkdaşına və rəhbərliyinə qarşı yalan və iftira dolu çirkin kompaniya başlatılmaqdadır. Bu iki şəxsdən biri əvvəlcədən hazırladığı plan əsasında aidiyyatı şəxslərə yalan məlumatlar ötürür, digər şəxs isə iftira atıb üzə durmaqla insanları bədbəxt edir. Hazırda Ümid Tv Azərbaycan kanalına qarşı da həmin şəxslərdən məharətlə istifadə olunur. Həmin şəxslərin kimliyi bizə artıq məlumdur.  Lakin onlara krişalıq edən aidiyyatı şəxsləri müəyyənləşdirmək istiqamətində araşdırmalarımız davam etdiyindən, hələ ki, həmin şəxslərin kimliyi barədə məlumatları paylaşmırıq. Yaxın günlərdə Mafiya oyunu oynayanların kimliyi barədə bütün əldə etdiyimiz məlumatları ictimaiyyətin diqqətinə çatdıracağıq.

Xatırladaq ki, məsələ ilə bağlı hüquq mühafizə orqanlarına tərəfimizdən rəsmi məlumat verilsə də, hələ ki, heç bir nəticə yoxdur. İnanırıq ki, dövlətin aidiyyatı qurumları rəsmi müraciətimizi diqqətdə saxlayıb, şəxsiyyəti məlum olan həmin iki şəxsi başlarında duranlarla birlikdə qısa zamanda müəyyən edib qanun qarşısında cavab vermələrini təmin edəcəklər. 

Ümid Tv Azərbaycan 

ÖNCEKİ HABER

DTX vətəndaşlara MÜRACİƏT ETDİ

SONRAKİ HABER

SƏRRAF ORUC: BÜTÜN DÜNYADA DOST VƏ DÜŞMƏN DƏ BİLIR KI, AZƏRBAYCAN QISA BİR ZAMANDA ÖZ TORPAQLARINI İŞĞALDAN AZAD EDƏCƏKDIR!