Laser Beauty Estetik Klinikasının baş həkimi Rəna Soltanova yenidən gündəmə gəlib.
Bir neçə gün əvvəl Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi klinikada yoxlama aparıb. Yoxlama zamanı Rəna Soltanova və klinikanın rəhbəri Yeganə Cəfərova, Analitik Ekspertiza Mərkəzinin nümayəndələrinə qarşı kobudluq edib. Mediaya sızan məlumatlardan aydın olur ki, baş həkim və klinikanın rəhbəri yoxlama aparan mütəxəssislərin üstünə qışqıraraq telefonu onların üzərinə çırpıb. Həmçinin, yoxlama aparan şəxsləri işdən çıxartdırmaqla hədələyib. Yoxlamanın nəticəsi olaraq klinikaya bağlı zəruri tədbirlər görülüb və onun fəaliyyəti dayandırılıb. Rəna Soltanova isə yoxlamanın nəticəsindən narazı qalır.
Rəna Soltanova bildirib ki, "Klinikamız 8 ildir fəaliyyət göstərir. Hər il də yoxlama keçirilir. Bu dəfə də yoxlama keçirilib, amma iddia olunan nöqsanlar absurdu." Baş həkim, yoxlama aparanlara qarşı kobudluq etməsi barədəki iddiaları da təkzib edib. Rəna Soltanovanın iddialı danışıqları, hətta "bu belə qalmaz" deməsi onun kimlərəsə arxalandığı barədə iddialara səbəb olub.
Laser Beauty Estetik Klinikasının "Laser Beauty Estetik Klinikas" MMC-yə məxsus olduğu və bu MMC-nin təsisçisinin Rəna Soltanova olduğu bildirilir. MMC 2018-ci ildə təsis edilib. Şirkətin nizamnamə kapitalı 2020-ci ildən 10 manat olub, həmin il nizamnamə kapitalı 335,658 manata, bir il sonra isə 587,793 manata qədər artırılıb.
Nizamnamə kapitalının birdən-birə yüksək məbləğə çatdırılması, klinikanın müştərilərinin reklam vasitəsilə artması ilə izah edilir. Lakin müştəri sayının çox olması hələlik klinikanın yüksək səviyyədə xidmət göstərməsi anlamına gəlmir. Hər halda, 2023-cü ildə Laser Beauty Estetik Klinikasının müzakirələrə səbəb olan qalmaqalla gündəmə gəlməsi, klinikada əməliyyat olunan Azərbaycanın Xalq artistlərindən birinin gəlininin sağlamlığında problemlərin yaranmasına bağlıdır.
Xəstə (etik səbəblərdən adını açıqla bilmirik - Reportyor.info) Laser Beauty Estetik Klinikasının "Neapol" filialında estetik əməliyyat olunub və evə buraxıldıqdan sonra, gecə saatlarında sağlamlığı qəfil pisləşərək komaya düşüb. Yaxınları xəstəni təcili Mərkəzi Gömrük Hospitalına aparıblar. Xəstə, sözügedən hospitalda 10 gün koma vəziyyətində qalır. Məlumatlarda xəstənin ilkin əməliyyatının keçirildiyi Laser Beauty Estetik Klinikasının "Neapol" filialının estetik əməliyyatlar üçün uyğun lisenziyaya malik olmadığı bildirilir. Klinikanın ümumilikdə 5 filiali var, lakin bu filialların hamısının lisenziyasının olub-olmadığı bəlidir deyil.
Son günlərdə estetik əməliyyatlar nəticəsində sağlamlığını itirənlərin sayının artması, müvafiq qurumları hərəkətə gətirib. Laser Beauty Estetik Klinikasından aparılan yoxlamalar da bu prosesin tərkib hissəsidir. (Reportyor.info)