Ərdoğan və Makron arasında telefon danışığı olub

Ərdoğan və Makron arasında telefon danışığı olub

ÜMİDTV.com:        Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Fransa Prezidenti Emmanuel Makron arasında telefon danışığı olub.

Barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb. Bildirilib ki, prezidentlər əsasən iki ölkə arasındakı münasibətləri, Türkiyə-Avropa İttifaqı əlaqələri, Şərqi Aralıq dənizi ilə bağlı, və regiondakı prosesləri müzakirə ediblər.

Ərdoğan bildirib ki, Şərqi Aralıq dənizində Türkiyə və Şimali Kipr türklərinin haqlarına məhəl qoyulmamasını, Fransanın Yunanıstan və Cənubi Kiprdə gərginliyi artıracan iddialarını yalnış hesab edir.

Ərdoğan bu istiqamətdə yaranan problemlərin danışıqlar yolu ilə həll edilməsinə tərəfdar oldunu deyib.

Mənbə: Anadolu Ajansı

 
 
ÖNCEKİ HABER

Türk Hava Yolları Ankara-Bakı-Ankara xüsusi uçuşlarına başlayır

SONRAKİ HABER

Türkiyəli general: "İşğalçı Ermənistana qarşı Türkiyə Azərbaycanın yanındadır"