"Kamal?ddin Qafarovun biznesləri və MOM tenderləri"

Milli Onkologiya Mərkəzinin (MOM) keçirdiyi tenderlərin əvəzolunmaz qalibi “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq Naxçıvan Muxtar Respublikasında keçirilən satınalma müsabiqələrini də “fəth” etməyə başlayıb

Milli Onkologiya Mərkəzinin (MOM) keçirdiyi tenderlərin şübhəsiz qalibi “Azəri Med” Qapalı Səhmdar Cəmiyyəti (QSC) artıq Naxçivan Muxtar Respublikasında keçirilən satınalma müsabiqələrini də “fəth” etməyə başlayıb.

Sirkət, Naxçivan MR Səhiyyə Nazirliyinin Təcili Tibbi Yardım Xidmətinin (TTYX) regionlarda yerləşən 32 ədəd təcili tibbi yardım geolokasiyasının təchizatının gücləndirilməsinə dair malların satın alınması ilə bağlı keçirdiyi tenderin qalibi seçilib. Bu satınalma müqaviləsinin maliyyə dəyəri 1 760 350,81 manatdır.

TTYX, əvvəl qeyd olunan mbləğə aşağıdakı malları almayı planlaşdırır:

  • Xəstəbaşı monitor – 64 ədəd
  • Siringa pompası – 64 ədəd
  • İnfuziya pompası – 64 ədəd
  • Venadaxili infuziyalar üçün stativ – 64 ədəd
  • 4 motorlu çarpayı – 32 ədəd
  • 3 motorlu çarpayı – 32 ədəd
  • Laringoskop seti – 32 ədəd
  • Defibrilyator/monitor – 32 ədəd
  • Xəstəbaşı panel – 64 ədəd
  • Təcili yardım Arabası (Crash cart) – 32 ədəd
  • Xəstədima xərçisi – 32 ədəd
  • Xəstədima kreslosu – 32 ədəd
  • Oksigen terapiya dəsti – 32 ədəd
  • Oksigen konsentratoru 10L – 32 ədəd
  • Portativ aspirator (sorucu) – 32 ədəd
  • Divarüstü diaqnostik dəst: oftalmoskop, otoskop, tonometr – 32 dəst.

“Azəri Med” QSC 2004-cü ildən 10 000 manatlıq nizamnamə kapitalı ilə təsis edilib və bu sirkət tibbi avadanlıqların satışını həyata keçirir, həmçinin bu sahədə inhisarçı sirkətlərdən biridir.

Sirkətlə bağlı deputat Kamaləddin Qafarova mənsub olması barədə iddialar var. Sirkət haqqında məlumatları analiz etdikdə, bu iddiaların əsassız olmadığı qənaəti yaranır. “Azəri Med” QSC-nin 2009-2013-cü illərdə qanuni təmsilçisi olmuş Qafarov Hüsaməddin Səmsəddin oğlu Kamaləddin Qafarovun yaxın qohumudur.

Bundan başqa, reyster məlumatlarında sirkətin hüquqi ünvanı kimi qeyd edilən Binəqədi rayonu, Mustafa Kamal Atatürk prospekti, ev 65 A, məhlul 3078A, mənzil 155-də deputatın ailə üzvlərinin qeydiyyatda olduğu bildirilir. Kamaləddin Qafarov deputat olmamışdan əvvəl MOM direktor müavini vəzifəsində çalışıb. “Azəri Med” QSC-nin MOM-un keçirdiyi tenderlərin dəyişməz qalibi olması da bu məsələlərlə əlaqələndirilir.

Azərbaycanda qanunvericiliyi deputatın biznes fəaliyyəti ilə məşğul olmasını qadağan edir. Konstitusiyanın 85-ci maddəsinin 2-ci bəndində qeyd edilir ki, elmi, pedagogik və yaradıcılıq fəaliyyəti istisna olmaqla, digər ödəməli fəaliyyətlə məşğul olan şəxs deputat seçilə bilməz.

ÖNCEKİ HABER

"Bakıda universitetlərin köçürülməsi müzakirə olunur"

SONRAKİ HABER

"BakuBus" MMC-nin yeni avtobus xidmətləri!"