Ukrayna, Rusiya ilə müharibə nəticəsində çətin və faciəvi günlər yaşayır. ABŞ və Avropa İttifaqı arasında gərginliyin artması, Ukraynanın taleyinin başqaları tərəfindən müzakirə edilməsini ortaya qoyur. Hər gün işğalçılar yeni əraziləri ələ keçirir, şəhərləri dağıdır, insanlar ölür.
ABŞ, Ukraynaya ayırdığı maliyyənin geri qaytarılmasını tələb etməyə başlayıb. Bu gərginlik xüsusilə Münxen Təhlükəsizlik Konfransında daha aydın ortaya çıxıb. ABŞ Prezidenti Donald Trump konfransa qatılmaqdan imtina edib və onu tədbirdə vitse-prezident Mike Pence nümayəndə edib. Bu imtina, Atlantik İttifaqı ilə bağlı mənfi münasibətlərin bir göstəricisi kimi qəbul edilir. Ukraynanın yaşadığı gərginlikdə, əvvəlki ABŞ administrasiyasının, xüsusilə də Cozef Bayden və Antoni Blinkenin yarıtmaz siyasətinin rolu olduğu vurğulanır. Münxen Təhlükəsizlik konfransında ABŞ vitse-prezidentinin çıxışı, Qərb dünyası və elitası üçün "soyuq duş" oldu. Görünür ki, ABŞ və Avropa İttifaqının strateji məqsədləri artıq ayrılmağa başlayıb. Rusiya-Ukrayna müharibəsində Moskva, qalib tərəf kimi görünməyə başlayır. XİN rəhbərlərinin görüşləri hələlik baş tutub və gələcəkdə də bu proses prezidentlər səviyyəsində davam etdiriləcək. Analizlər göstərir ki, Trump-Putin sövdələşməsi bir növbəti mərhələdə ABŞ-Rusiya tərəfdaşlığına qədər irəliləyə bilər. Ağ Ev, Kremllə gizli əlaqələrinin nəticələrindən razı olduğunu bildirir. Ukrayna Prezidenti Volodimir Zelenskinin Trump-Putin sövdələşməsinin nəticələrini tanımayacağını bəyan etməsi, Ağ Evi ciddi narahat edib. Zelenskinin Türkiyənin də dəstəyini arxasına alaraq, Ukrayna üçün təhlükəli anlaşmanı rədd etməsi, Trump planının pozulmasına səbəb ola bilər. ABŞ və Avropa İttifaqı arasındakı gərginliyin artması, Donald Trumpın açıqlamaları, "Kollektiv Qərb" anlayışının artıq mövcud olmadığını və ya süquta uğradığını göstərir. Global media, Rusiya-Ukrayna müharibəsindən daha çox ABŞ-Avropa gərginliyini müzakirə edir. Hadisələrin təhlili, yeni dünya nizamında parçalanmış Şimali Atlantika bloku arasındakı rəqabətin həlledici olacağını göstərir. NATO-nun beyin ölümü keçirdiyini, Avropa ordusunun qurulmasının zəruriliyini Fransa Prezidenti Emmanuel Makron müharibədən əvvəl dilə gətirmişdi. Ukrayna Prezidenti Volodimir Zelenski isə Münxen Təhlükəsizlik Konferansında bu düşüncələri yenidən gündəmə gətirdi. Avropanın təhlükəsizliyinin Avropa tərəfindən təmin edilməsi fikri aktuallaşır ki, bir çox strateqlər ABŞ-nın günlərin birində oyun qaydalarını dəyişəcəyini düşünür. Bundan sonra, Almaniyanın "Bild" qəzeti, ABŞ və Rusiya arasında Riyadda keçirilən görüşdə, Amerika qüvvələrinin 1990-cı ildən sonra NATO-ya üzv olan ölkələrin ərazisindən çıxarılmasının müzakirə edildiyini yazdı. Donald Trumpın Ukraynaya qarşı sərt tutumu, ölkənin 500 milyard dollar dəyərindəki zəngin yeraltı minerallarını ələ keçirmək niyyətinin olduğunu göstərir. Qərbin öz qurduğu oyun, artıq çatlaya bilir. 1938-ci ildən Münxen Anlaşması ilə Sudet vilayətini Almanlara verərək Çexoslovakiya nümayəndələrini qapı arxasında qoyanlar bu gün özləri qapı arxasında qalmaqdadırlar. Beləliklə, ABŞ və Avropa İttifaqı arasında gərginlik davam edir və çətin durumda qalan yenə də Ukrayna xalqıdır. Ölkə ərazisində minlərlə insanın ölümünə səbəb olan müharibə gedir və hələ ki, sülhdən söz açmaq mümkün deyil. Ukraynanın taleyi, onun iştirak etmədən müzakirə olunur. Prezident Volodimir Zelenski açıq şəkildə bəyan edir ki, onların iştirakı olmadan dövlətin taleyi müzakirə edilir. Belə bir vəziyyətin yaranmasında onun və əvvəlki rəhbərlərin rolu danılmazdır. Ukraynaya keçirilən inqilabın poliqonu Qərb tərəfindən təşkil edildiyi düşünülür. Hal-hazırda həmin çevrilişləri təşkil edən Viktoriya Nuland və Kondoliza Rayslar haradadır? Təbii ki, onlar indi sakitlik içindədir, ortada qalan isə Ukrayna xalqıdır. Ukraynanın faciəsi, həm də ölkənin güclü liderinin olmamasındadır və bu, bizim üçün tanış mənzərədir. Ultra liberal qüvvələr, psevdo-demokrat düşüncəli siyasətçilərirlə Azərbaycanda da müxtəlif çirkin niyyətlər güdməyə çalışmışdır. Bu gün Azərbaycan liderliyində güclü lider var və o, həmin təhlükələri vaxtında görərək lazımi addımlar atmışdır. Azərbayca, heç vaxt imkan verməyəcək ki, onun ərazisi digər dövlətlərdəki kimi rəngli inqilablar, siyasi eksperimentlər üçün bir poliqon olsun. (Report)