"Xocalı Soyqırımı: İnsanlığa Qarşı Ağır Cinayət"

33 il öncə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə Azərbaycan tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir

Xocalı Soyqırımı: İnsanlığa Qarşı Ağır Cinayət

33 il öncə, 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə, Azərbaycanın tarixinin ən dəhşətli səhifələrindən biri olan Xocalı soyqırımı aktı baş vermişdir. Ermənistan silahlı qüvvələri beynəlxalq hüququ kobudcasına pozaraq, keçmiş Sovet ordusunun Xankəndidə yerləşən 366-cı alayının iştirakı ilə Xocalı şəhərinə hücum etdi və dinc əhaliyə misli görünməmiş qətlə yetirdi. Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə 1994-cü il fevralın 24-də Milli Məclis “Xocalı soyqırımı günü haqqında” qərar qəbul etdi. Xocalı soyqırımı qurbanlarının xatirəsinə ehtiram əlaməti olaraq, Ulu Öndər Heydər Əliyevin 25 fevral 1997-ci il tarixli sərəncamı ilə hər il fevral ayının 26-da saat 17.00-da Xocalı soyqırımı qurbanlarının xatirəsinə sükut dəqiqəsi elan edilmişdir.

Faciə günü Xocalı şəhərini tərk edən əhali pusquya salındı və Naxçıvanlı, habelə Pircamal kəndləri yaxınlığında erməni hərbi postları tərəfindən ya atəş açılarak qətlə yetirildi, ya da əsir götürüldü. Hücum başladıqdan sonra şəhərdə qalan 2500-ə yaxın əhali Azərbaycanlıların nəzarətində olan ən yaxın məkana çatmaq məqsədilə şəhəri tərk etməyə çalışdılar. Əsasən qadın və uşaqlardan ibarət olan əhalinin qalan hissəsi dağlarda hərəkət edərkən donvurma nəticəsində həlak oldular.

Xocalı soyqırımı zamanı 106 qadın, 63 uşaq və 70 yaşlı insan olmaqla 613 nəfər qətlə yetirildi, 1275 sakin girov götürüldü. 150 nəfərin taleyi isə bu günə qədər naməlum qaldı. Şəhər yerlə-yeksan edildi; həmin faciəvi gecə 487 nəfər Xocalı sakini ciddi şəkildə işkəncəyə məruz qaldı, onlardan 76-nı uşaqlar təşkil edirdi. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 uşaq isə bir valideynini itirdi.

Xocalı soyqırımı əsnasında xüsusi amansızlıqla törədilmiş cinayətlər arasında 56 nəfərin diri-diri yandırılması, başını dərisinin soyulması, boynunun vurulması, gözlərinin çıxaqlılması və hamilə qadınların qarnına süngü ilə vurulması da mövcuddur. Xocalı şəhəri işgalın nəticəsində xarabalığa çevrilib. İşğal nəticəsində Xocalı şəhərində 105 sosial-məişət obyekti, 3200 fərdi yaşayış binası, 14 məktəb, 21 klub, 29 kitabxana, 3 mədəniyyət evi və bir tarix-diyarşünaslıq muzeyi dağıdılıb.

XX əsrin faciəsi olan Xocalı soyqırımı, işğalçı və cinayətkar Ermənistan siyasətinin nəticəsidir. Azərbaycan xalqının XX əsrdə üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı ilə insanlıq tarixində iki qanlı faciə kimi müqayisə oluna bilər. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir.

Xocalı soyqırımının dünya miqyasında tanınması istiqamətində aparılan sistemli işin nəticəsidir ki, Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmışdır. Bosniya və Hersoqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir.

Xocalı soyqırımı ABŞ-ın 30-dan çox ştatının qanunvericilik qurumları və qubernator proklamasiyaları səviyyəsində tanınmışdır. 2013-cü ilin fevralında Qahirədə keçirilən İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommunikəsində üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılmışdır.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın “Xocalıya ədalət” kampaniyası, 2008-ci ildən başlayaraq beynəlxalq maarifləndirmə kampaniyası təşkil edir. Kampaniya 100 minlərlə şəxsi və 115 təşkilatı özündə cəmləşdirir və sosial şəbəkələrdə təşviqat, sərgilər, toplantılar, müsabiqələr, konfranslar, seminarlar və digər tədbirlər vasitəsilə fəaliyyət göstərir. “Xocalıya ədalət” kampaniyasının strateji məqsədləri Xocalı soyqırımının dünya ictimaiyyəti tərəfindən tanınması, onun hüquqi və siyasi qiymətinin verilməsi, Ermənistan hökuməti tərəfindən Xocalı soyqırımına görə rəsmi üzr istənilməsi, bu hadisələrin bir daha törədilməməsi üçün təminat verilməsi və vurulmuş ziyanın (maddi və mənəvi) tam olaraq kompensasiya edilməsi məqsədini güdür. Bununla birlikdə, Xocalı soyqırımı qurbanlarının xatirəsinin yad edilməsi, sağ qalmış ailələrə dəstək göstərilməsi və bu hadisələrin yaddaslarda yaşaması, xüsusilə də gənc nəsil tərəfindən unudulmaması öncəmlidir.

Aksin Fazil oğlu Hüseynli

Mənbə: Xocalı soyqırımı təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı yönəlmiş ən ağır cinayətdir – Aksin Hüseynli

ÖNCEKİ HABER

"Fevralda Hava Dəyişəcək, Qar Yağışı Gözlənilir!"

SONRAKİ HABER

"Müharibə Cinayətləri: Erməni Mühacirləri Təqiqi"