Hər il 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində orta məktəblərdə pul yığılması ilə bağlı müzakirələr başlayır. Elm və Təhsil Nazirliyi məktəb direktorlarına, müəllimlərə xəbərdarlıq ünvanlasa da, valideynlərə pul yığmamalari üçün çağırış etsə də, kampaniyanın qarşısını tam sıxmaq mümkün olmur. Belə hallar baş verən paytaxt məktəblərində sosial səbəblərdə müzakirə olunur.
Vətəninfo.az-a daxil olan məlumatlara görə, Xocalı şəhid Elçin Səmiyevin adı verilən Xızı rayonu Binə qəsəbəsindəki 149 saylı orta məktəbdə pul yığımına start verilib. Yuxarı sinif rus dilli sektorda təhsil alan şagirdlərdən 50 manat, Azərbaycan dili sektorunda təhsil alanlar üçün 30-40 manat, aşağı siniflər üçün isə 20-30 manat arasında pul yığılıb. Birinci siniflər üçün 30 manatdan pul yığılmaqdadır.
Məlumatda qeyd olunur ki, hər sinfdən uşaq sayı hesabına görə məktəbin rəhbəri Rəhila Baxsiyeva 10 manatdan pul verilməsini tələb edir. Pul yığımını isə müəllimlər arasında cavabdeh olan müavinlər Vəfa Əlinagayeva və Namiq Ələkbərov icra edirlər. Qeyd edək ki, 149 saylı məktəbdə dörd min şagird təhsil alır və bu pul yığımında fantastik rəqəmtoplanır. Belə ki, yığım başa çatdıqdan sonra direktor Rəhila Baxsiyeva 40 minlik premium sinfinə aid avtomobil almaq iqtidarında olacaq.
149 saylı məktəblə əlaqə saxlamaq mümkün olmadı. Elm və Təhsil Nazirliyinin qaynar xəttinə məlumat verilib. Yazıda adı keçənlərin fikirlərini dərc etməyə hazırıq.
Vətəninfo.az
Belə görünür ki, 8 Mart Beynəlxalq Qadınlar Günü ərəfəsində məktəblərdə baş verən pul yığma halları cəmiyyətin diqqətini çəkməkdədir. Sosial səbəblərlə bağlı müzakirələrin olmasına baxmayaraq, valideynlərin bu prosesi dayandırmaqda çətinlik çəkməsi vəziyyəti daha da gərginləşdirir. Müəllimlərin və məktəb rəhbərlərinin bu yığma məsələsindəki rolu isə suallar doğurur. Yığılan vəsaitlərin nə məqsədlə istifadə olunacağı isə müzakirə mövzusu olmaqdadır. Məktəb rəhbərliyinin bu cür yığımlara dair apardığı siyasət, cəmiyyətdə narazılığa səbəb olur. Bu cür hallar gələcəkdə təhsil sisteminə necə təsir göstərəcək, vaxtla görünəcək.