Bu ad və soyad özlüyündə çox şeylər özündə gizlədir. Babək Aslanovu hələ universitetdə oxuduğum illərdən tanıyırdım. Onun qardaşı Vüqar Aslanovla universitetdə ayrı-ayrı fakültələrdə oxuyurduq. Bizim münasibətlərimiz yaxin idi. Babək aktiv, təmiz, mərd, təssübkeş, vətənpərvər olması ilə daha da yaxınlaşdıq. Babək heç vaxt dilimdən düşmürdü. Qardaşıdır deyə yox, onun qəhrəmanlığından, döyüş yolundan danışıqlardı. Bir dəfə təsadüfən Babək Aslanovu universitetdə gördüm. O, hərbi geyimdə idi. İlk tanışlığımızda gördüm ki, adam özündə Azərbaycanın boyda vətəni gəzdirir. Üzündən millilik, vətənpərvərlik, qaygıkeşlik yağır. Istədim ki, qəhrəmanımızı tanıyaq.
Babək Aslanov 8 mart 1974-cü ildən Laçin şəhərində ziyalı ailəsində anadan olub. 1981–1991-ci illərdə Laçın şəhər 1 nömrəli orta məktəbdə oxuyub, Bakı Sosial İdarəetmə və Politologiya İnstitutunu və Azərbaycan Müəllimlər İnstitutunu politoloq və praktik psixoloq ixtisasları üzrə bitirib. 2001-ci ildən Laçın Rayon 6 saylı tam orta məktəbində psixoloq vəzifəsinə təyin olunub.
Babək 23 may 2013-cü ildən 26 iyul 2013-cü ilədək Laçın rayonu İcra Hakimiyyəti aparatının İctimai-Siyasi və humanitar məsələlər şöbəsində baş mütəxəssis kimi çalışıb. 26 iyul 2013-cü ildən 20 dekabr 2013-cü ilədək Laçın rayonu İcra Hakimiyyətinin başçısının müavini, İctimai-Siyasi məsələlər şöbəsinin müdiri vəzifəsində olub. 20 dekabr 2013-cü ildən 1 mart 2015-ci ilədək Laçın rayon İcra Hakimiyyətinin başçısının müavini, Aqrar məsələlər şöbəsinin müdiri vəzifəsində çalışıb. 1 mart 2015-ci ildən Laçın rayonu İcra Hakimiyyətinin Sosial İqtisadi İnkişafın təhlili və proqnozlaşdırma şöbəsinin müdir müavini vəzifəsində çalışıb. 25 yanvar 2018-ci ildən öz ərizəsi ilə həmin işdən azad olunub.
2001-ci ildən yeni yaradılmış Qarabağ müharibəsi əlilləri, veteranları və şəhid ailələri (QM?VSA) ictimai birliyinin Laçın rayon şöbəsinin idarə heyətinə üzv seçilib və sədrlik müavini təyin olunub. 2013-cü ilin fevral ayında QM?VSA ictimai birliyinin Laçın rayon şöbəsinin konfransında idarə heyətinə üzv və şöbə sədri seçilib. Hal-hazırda Azərbaycan QM?VSA ictimai birliyinin Laçın filialının sədridir. Azərbaycan Qarabağ Müharibəsi əlilləri, veteranları və şəhid ailələri İctimai Birliyinin İdarə Heyətinin üzvüdür, Azərbaycan Respublikası Qaçqınların və Məcbuı Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində İctimai Şuranın üzvüdür.
Babək Aslanovun birinci və ikinci Qarabağ müharibəsində keçdiyi döyüş yolu da əhəmiyyətlidir. Vətəninin dar günündə silah sarılıb, bütövlükdə Vətənin müdafiəsinə yollanır. O, 1991-ci ilin noyabr ayında Laçın rayonunda yerləşən 811-nömrəli hərbi hissəyə xidmətə gedib. O dövrdə Laçın, Kəlbəcər və Cəbrayıl rayonları ərazisində keçirilən döyüşlərdə iştirak edib. 1993-cü ildən sonra, hərbi hissə ləğv olunduqdan sonra Laçın rayon Polis şöbəsində işə qəbul olunub və Qarabağ uğrunda gedən döyüşlərdə polis nəfəri kimi iştirak edib. 1994-cü il 21 aprel tarixdə Füzuli rayonunun Horadiz kəndi uğrunda gedən döyüşlərdə yaralanıb.
Babək Aslanov heç vaxt Vətənin işğalı ilə barışa bilmir. Laçın rayonundan olan birinci Qarabağ müharibəsinin veteranları 2016-cı ilin Aprel döyüşlərində Vətənin müdafiəsi üçün Müdafiə Nazirliyinə müraciət edərək, Vətənin müdafiəsinə qalxıblar. Hətta 67 nəfər qazı 2020-ci ilin iyul ayında baş vermiş Tovuz döyüşlərindən dərhal sonra Sərhəd qoşunlarına müraciət edərək, düşmənin təxribat cəhdlərinə layiqli cavab vermək üçün ön cəbhəyə yollanmaq arzularını ifadə ediblər. Vətən müharibəsi başladıqda, qazilər yenidən Müdafiə Nazirliyinə müraciət edərək döyüşə qatılmaqlarını istəyiblər. Onlar cəhbədəki döyüşlərin bir hissəsini yaxşı tanıyırdılar və xüsusi əməliyyatlarda iştirak etdikləri üçün döyüşə cəlb olunmuşdular.
2020-ci ilin sentyabr ayının 27-də düşmənin cəbhədə törətdiyi təxribatlara cavab olaraq Azərbaycan ordusunun həyata keçirdiyi əməliyyatda 30 nəfər qazi döyüşçü şəhid olmuşdular. Onlar Cəbrayıl, Qubadlı, Laçın istiqamətində gedən döyüşlərdə sücaət göstərdilər, düşmənin canlı qüvvəsinin və ağır texnikasının məhv edilməsində iştirak etdilər. Verdikləri kəşfiyyat məlumatları əsasında Ordumuz düşmənin ən qaynar və vacib strateji məntəqələrini darmadağın edərək böyük qələbəyə nail oldu. Vətənə sadiq xidmətlərinə görə 30 nəfər qəhrəman döyüşçü Azərbaycan Respublikasının Prezidentinin sərəncamları ilə "Qubadlı'nın azad olunmasına görə", "Laçının azad olunmasına görə" medalları ilə təltif olundular.
Babək Aslanovla bağlı bir xatirəni döyüşçü dostları yaxşı xatırlayırlar: General ondan soruşur ki, "siz əvvəlki müharibələrdə döyüşmüsünüz, qazi olmusunuz, yaxşı işiniz var, bəs indi nəyə görə döyüşə gedirsiniz?" O, başını dik tutaraq cavab verir: "Mən indi müqəddəs torpaqlarımız uğrunda şəhid olmaq arzusu ilə gedirəm."
Babək Aslanovun həyatını və fəaliyyətini 33 illik bir səhifəyə yığmaq çətindir. Onun hər addımı, hər kəlməsi Vətən sevgisi ilə doludur. Bu gün onun doğum günüdür, Allahdan sağlam can və bərəkətli ömür arzulayıram.
Subut Mehdiyev