FHN-dəki onun işdən çıxarılması iddiaları gündəmdə!

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun fəxri fərman və fərqlənmə diplomları ilə təltif etdiyi sabiq rəis qanunsuz olaraq işdən çıxarıldığını iddia edib
Fövqəladə Hallar Nazirliyi (FHN) ilə bağlı baş vermiş bir hadisə, nazirlikdəki kadro siyasətinin mübahisəli olduğunu ortaya qoydu. FHN-nin Maddi-Texniki Təchizat İdarəsinin sabiq rəisi Faiq Agalarov, nazir general-polkovnik Kəmaləddin Heydərovun fəxri fərman və fərqlənmə diplomları ilə təltif etdiyi çoxsaylı əməkdaşların qanunsuz olaraq işdən çıxarıldığını iddia edib. Bildirilib ki, Faiq Agalarov, 2009-cu ildən 2023-cü ilin sonlarına qədər FHN-in Maddi-Texniki Təchizat İdarəsində çalışmışdır. O, 30 iyul 2009-cu ildən başlayaraq, idarənin müxtəlif vəzifələrində, mütəhəssis və daha sonra idarənin rəisi olaraq fəaliyyət göstərib. Lakin, 30 oktyabr 2023-cü ildən etibarən onun və idarəsinin bir çox əməkdaşının iş müqavilələrinin ləğv edildiyi bildirilib. Agalarov, FHN-də çalışdığı müddət ərzində nə bir intizam məsuliyyətinə cəlb edildiyini, nə də işində bir problem olduğunu vurğuladı. Əksinə, nazir Kəmaləddin Heydərov tərəfindən fəxri fərman və fərqlənmə diplomları ilə mükafatlandığını qeyd etdi. O, dövlət qullğuna aid edilməyən mülki bir idarə olan Maddi-Texniki Təchizat İdarəsinin son illərdə dövlət qulluqçusuna çevrilməsi üçün lazımi sənədlərin hazırlanmasında aktiv rol aldığını da söylədi. Aynı zamanda, 2023-cü ilin oktyabrından etibarən bundan əvvəl qeydiyyatda olmayan idarəsinin əməkdaşlarının artıq dövlət qulluqçusu kimi qeydiyyata alınmağa başladığını bildirdi. Lakin nazirliyin müvafiq şəxsləri, idarə işçilərinin öz istəkləri ilə işdən azad edilmələrini tələb etdi. Bu tələb işçilər arasında narahatlıq yaratdı. Çoxları, bu tələbi yerinə yetirməkdən çəkinərək öz ərizələrini təqdim etmədilər. Faiq Agalarov, bunun ardından idarənin əməkdaşlarının oktyabr ayının sonlarında işdən azad edilmək üçün ərizələrini yazdığını əlavədə bulundu. Bu proses nəticəsində 120 əməkdaş işdən azad edilib və əvvəldən geri qaytarılmağa başlayıb. Digər əməkdaşlar isə vəziyyətin aydınlaşmasını gözləyərək, müxtəlif aylarda geri qaytarılmaq üçün nazirliyə müraciət etdilər. Agarov, dəfələrlə ərizə və teleqramlarla nazirlik rəhbərliyinə müraciət etdiyini, lakin qəbul edildikdə belə, iş təmin edilmədiyini iddia etdi. Sabiq rəis, işdən azad edilməsinin üzərindən bir il keçdikdən sonra FHN-nin onu işə götürmək istəmədiyini anlamışdı. Bu səbəbdən o, FHN-ə rəsmi müraciət edərək, iş müqaviləsinin ləğv edilməsi və iş kitabçasının geri qaytarılmasını tələb etmişdir. 2024-cü ilin noyabr ayının 29-da iş kitabçası ona qaytarılsa da, iş müqaviləsinin ləğv edilməsi barədə orderin verilməsi təmin edilməmişdir. Bu hadisələr nəticəsində Agalarov, məhkəməyə müraciət etməyə qərar verdi, lakin işdən çıxarılma ilə bağlı müddətin keçməsi səbəbindən iddiası qəbul edilmədi. Bu məsələdə FHN-nin Kadr siyasəti Baş İdarəsi rəisi general Sevda Sirinova, Maddi-Texniki Təchizat İdarəsinin rəisi isə Elnar İmanovdur. Hadisələr, nazirlikdəki kadrların əmək hüquqları və iş münasibətləri ilə bağlı ciddi mübahisələrə yol açmaqdadır.
ÖNCEKİ HABER

"Bakıda Tıxac İdarəsi: Problemli Yolların Siyahısı"

SONRAKİ HABER

"Dogtas MMC-nin vergi borcu 73 min AZN-i keçdi"