Erməni Soyqırımı və Azəbaycanlıların Misilsiz İtkiləri
Böyük Ermənistan ideyasını gerçəkləşdirmək məqsədilə erməni millətçiləri tarixin müxtəlif mərhələlərində azərbaycanlılara qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində, eləcə də Bakı quberniyasının Samaxi, Quba, Xaçmaz, Lənkəran, Hacı Qabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər bölgələrdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə amansızca qətlə yetirmişdir. Rəsmi mənbələrə əsasən, bu soyqırım nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
Bolşevik daşnak birləşmələri "Kaspi" mətbuatı, "Açıq söz" qəzetinin redaksiyası və İsmailiyyə binasını yandırmış, "Təzəpir" məscidinin minarələrini top atəşləri ilə dağıtmışdır. Daşnak-bolşevik hərbi birləşmələri azərbaycanlılara qarşı soyqırımı yalnız Bakıda deyil, həmçinin Samaxi, Quba, Qarabağ, Zəngəzur, Naxçıvan, Kürdəmir, Lənkəran, Gəncə və digər bölgələrdə də xüsusi qəddarlıqla həyata keçirmişdir. Samaxi bölgəsində 72 kənddə ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir. Bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası həmin dövrdə Samaxi qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığını təsdiqləmişdir.
Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayı 2900, Quba qəzası üzrə isə ümumilikdə 4000 nəfərin artiq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Tədqiqat zamanı məlum olmuşdur ki, ermənilər dinc əhaliyə divan tutarkən odlu silahdan istifadə etməmişdir. Aşkar edilmiş kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülmüşdür. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulmuş, üzəri torpaqla örtülmüşdür.
1998-ci il martın 26-da Ümummilli lider Heydər Əliyevin imzaladığı "Azərbaycanlıların soyqırımı haqqında" Azərbaycan Respublikası Prezidentinin fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilmiş və 31 mart "Azərbaycanlıların Soyqırımı Günü" elan olunmuşdur. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti 18 yanvar 2018-ci ildək "1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında" Sərəncam imzalamışdır.
Türkan Cümsüdova - YAP üzvü