Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiyalı həmkarı Vladimir Putinlə telefon danışıqları aparıb. Bu haqda "TRT Haber" məlumat yayıb.
Danışıqlar zamanı Türkiyə ilə Rusiya arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib. Ərdoğan, Rusiya Türkiyə ilə Rusiya arasında əməkdaşlığın regional problemlərin həllində mühüm əhəmiyyət kəsb etdiyini vurğulayıb. O, həmçinin Türkiyənin Rusiya ilə Ukrayna arasında davam edən müharibəyə son qoymaq üçün başlayan prosesi yaxından izlədiyini bildirib. Ərdoğan, davamlı sülhün təmin edilməsi üçün Türkiyənin hər cür dəstəyə, o cümlədən sülh danışıqlarına ev sahibliyi etməyə hazır olduğunu ifadə edib.
Prezident Ərdoğan, Qara dənizdə ticarət gəmiliyinin təhlükəsizliyi üçün atılacaq istiqamətverici addımların sülh prosesinə töhfə verəcəyi və Türkiyənin Qara dənizin münaqişə zonasına çevrilməsinin qarşısını almaq üçün öhdəsinə düşdüyünü qeyd edib.
Danışıqlar zamanı Ərdoğan, Türkiyənin Suriyadakı məsələlərdə Rusiya ilə əməkdaşlığa önəm verdiyini bildirib. O, Suriyanın ərazi bütövlüyü əsasında davamlı sülh və sabitliyə nail olmaq üçün Türkiyə və Rusiyanın birgə çalışmasının vacib olduğunu bildirib. Həmçinin, iki ölkənin Suriyaya qarşı sanksiyaları tamamilə aradan qaldırmaq üçün birlikdə çalışa biləcəyini qeyd edib.
Türkiyə lideri, Suriyanın resurslarının Suriya keçid hökumətinə həvalə edilməli olduğunu vurğulayıb. O, "Suriya Demokratik Qüvvələri" adlandırılan qüvvələrin ləğvini dəstəklədiyini, Suriyanın artıq terror təşkilatları üçün uyğun bir bölgə olmadığını qeyd edib.
```