(Dr.cosmetolog Delya) Dilrüb? S?tyarlidan pasiyent sikay?t edir: Kosmetoloq is?: Get hara ist?yirs?n sikay?t et..
Son illərdə Az?raycanda kosmetoloji prosedurlara t?l?bat artdıqca, bu xidməti göst?rən "kosmetoloqlar" və estetik mərkəzlərin sayı da artmaqdadır. Bu, qeyri-pes?kar kosmetoloqların və onların qurbanlarının sayının artmasına səbəb olur. XALQ.AZ-ın məlumatına görə, rəsmi statistikaya əsasən, ölkəmizdə son illər kosmetoloji prosedurlardan şikayət çıxaranların sayı kifayət qədər artıb.
Tibbi təhsili olmayanlər ng')}}">bu insanlar arasında sağlamlıq və gözəllik v?d edib, gigiyenik qaydalara riayət etmədən qeyri qanuni prosedurlar həyata keçirilir. Azərbaycan Respublikasının Qanununa görə, kosmetoloji iş üzrə özəl tibbi xidmət fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur.
Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunmuş "Özəl tibbi fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahisi"nda "kosmetoloji" işi üzrə tibbi xidmətin göstərilməsi tibbin bir sahəsi kimi qeyd olunub. Tibbi kosmetologiyaya daxil olan estetik problemlərin korreksiyasına və profilaktikasına yönəlmiş müxtəlif kompleks prosedurlar nəzərdə tutulub. Burada cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan), konservativ və korreksion üsullar daxildir.
Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq aiddir. Tibbi kosmetologiya fəaliyyəti ilə məşğul olmaq hüququna yalnız həkim-dermatoveneroloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər malikdirlər.
Iddialara görə, tibbi təhsili olmadan, lisenziyasız və sertifikatsız fəaliyyət göstərən kosmetoloqlardan sosial şəbəkələrdə özünü Dr.cosmetolog Delya adı ilə reklam edən Dilrubə Sətyarlıdır. Bu, özünü həkim kimi təqdim edən kosmetoloq (Dr.cosmetolog Delya) Dilrubə Sətyarlı adı ilə tanınır.
Aparılan araşdırmalar nəticəsində onun Səhiyyə Nazirliyi və Elm v? Təhsil Nazirliyinin məlumat bazasında ali tibbi təhsili barədə məlumat yoxdur, həmçinin sertifikasiyası haqqında məlumat mövcud deyil. Dövlət Reyestrində sistemində onunla bağlı heç bir qeyd yoxdur. Yəni, o, heç bir tibbi sertifikata və lisenziyaya malik olmadan fəaliyyət göstərir.
Iddialara görə, özünü həkim kimi təqdim edən Dilrubə Sətyarlı tibbi prosedurları həyata keçirməkdə qanunvericiliyi heçə sayır. XALQ.AZ-a (Dr.Cosmetolog Delya) haqqında şikayət edən pasiyent K. Huseynzada bildirib ki, İzmir klinikasında keçən il onun yanında oldu, 450 manat ödəmışdi, 250 manat nağd, 200 manat isə yoldaşım kartla göndərmişdi. Qəbzlər var.
Mənim üzümü pis hala saldı, mezoterapiya etmişdi, həmçinin çənə dolgusu. Lakin düzgün etmədiyi üçün bir daha müraciət etdikdə, məndən pul tələb etdi. Üzümde qüsurlar yarandı. Ona inanmadığıma görə, işi bərbad olduğuna görə başqa kosmetoloqa müraciət etdim və Delyanın üzümde yaratdığı qüsurları digər kosmetoloq düzəltdi, deyə şikayətçi bildirib.
Məlumata əsasən bildirir ki, Dr.Cosmetolog Delya müştərilərini dolğu və plazma terapiya həyata keçirir. Bununla bağlı hətta sosial hesablarında məlumatlar və görüntülər təqdim olunub. Dr.Cosmetolog Delya necə ki, sertifikasiyadan keçmədən bütün kosmetoloji prosedurları, hətta inyeksiyaları həyata keçirir?
Bu məsələ ilə bağlı (Dr.Cosmetolog Delya) Dilrubə Sətyarli ilə əməkdaşımız əlaqə saxladı. (Dr.Cosmetolog Delya) cavabında bildirib ki, "mən bilmirəm o kimdir, getsin hara istəyir, şikayət etsin" deyərək cavab verdi. Siz kimsiz, şikayət araşdırırsınız... Tibbi təhsil və tibbi sertifikatınız varmı? sualına isə cavab verməkdən imtina etdi.
Qeyd edək ki, hüquq mühafizə orqanları tərəfindən lisenziyasız plastik cərrahlar və kosmetoloqlar haqqında araşdırmalardan yayınmaq üçün artıq qanunsuz fəaliyyət göstərən "ixtisaslaşmış həkimlər" və "kosmetoloqlar" sosial hesablarını bağlayıb bir müddət gizli fəaliyyət göstərir.
XALQ.AZ-a Analitik Ekspertiza Mərkəzindən verilən məlumata görə, kosmetoloji və cərrahi xidmətlər göstərən estetik tibb mərkəzinin fəaliyyəti üçün kosmetoloji və plastik cərrahi iş üzrə özəl tibbi xidmət lisenziyası tələb olunur. Tibbi kosmetologiyaya, cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olmayan) konservativ və korreksion üsullar daxildir.
Bu üsullara inyeksion prosedurlar, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aiddir. Bu tibbi müəssisələrdə praktiki tibbi fəaliyyəti üzrə müvafiq sertifikata malik plastik-cərrahlar, həkim-dermatoveneroloqlar və sertifikat alaraq, ixtisaslaşma keçən digər həkim mütəxəssislər fəaliyyət göstərə bilər.
İstənilən pasientin kosmetoloq və ya cərrahın sertifikatını tələb etmək hüququ vardır. Qeyd edək ki, həkimlər beş ildən bir sertifikasiyadan keçirilir. Hər bir pasientin müraciət etdiyi həkimin sertifikatını tələb etmək hüququ var. Həkim həmin sertifikatı təqdim etməzsə, o zaman vətəndaş Analitik Ekspertiza Mərkəzinə müraciət edə bilər. Bu halda araşdırma aparılır və lazım gələrsə, planlı yoxlama aparılması barədə qərar qəbul edilir.
Məlumat üçün bildirək ki, lisenziyasız kosmetoloji fəaliyyəti ilə bağlı sosial şəbəkələrdə bir çox görüntülər var ki, qanunsuz dolgu, full face, botoks, mezolar, lipolitik, bütün inyeksion prosedurlar, hətta qanunsuz tələblə hazırlığı həyata keçirir.
Hətta endirim adı ilə müştəriləri cəlb edib vaxtı keçmiş kosmetoloji preparatları istifadəsi ilə bağlı məlumatlar var.
Iddialarla bağlı (Dr.cosmetolog Delya) Dilrubə Sətyarlının fəaliyyəti ilə bağlı Analitik Ekspertiza Mərkəzinə müraciət olunub.
Araşdırmalarımız davam edir.
XALQ.AZ
"Kosmetolog Delya: Lisenziyasız Fəaliyyət İddiaları"
(Dr