Rusiyadan gətirilən məhsullarda koronavirus aşkarlandı

Rusiyadan gətirilən məhsullarda koronavirus aşkarlandı

ÜMİDTV.com:      Çin gömrük orqanları Rusiyadan gətirilən məhsulların nümunələrində və qablaşdırmalarında koronavirus aşkar ediblər.

Bu barədə RİA Novosti məlumat yayıb. Çin səlahiyyətliləri virus testlərinin pozitiv nəticələnməsi ilə əlaqədar Rusiyanın iki gəmisinin idxal bəyannamələrinin qəbulunu dörd həftəlik dayandırıb.

Gəmilərin Çinə balıq və dəniz məhsullarını çatdırılmalı olduğu qeyd edilib.

Qeyd edək ki, daha əvvəl Çinin Çançun şəhərində Rusiyadan gətirilən dondurulmuş dəniz məhsulları paketində koronavirusun aşkarlandığı bildirilmişdi.

ÖNCEKİ HABER

​İşsizlərə veriləcək pulla bağlı YENİLİKLƏR

SONRAKİ HABER

Bakı sakinlərinə XƏBƏRDARLIQ: Küçəyə çıxmayın