SON DƏQİQƏ: QOŞUNLARIMIZ BÜTÜN CƏBHƏ BOYU ƏKS-HÜCUM ƏMƏLİYYATINA BAŞLAYIB !

SON DƏQİQƏ: QOŞUNLARIMIZ BÜTÜN CƏBHƏ BOYU ƏKS-HÜCUM ƏMƏLİYYATINA BAŞLAYIB !

ÜMİDTV.com:       Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Ordusunun komandanlığı tərəfindən qoşunlarımızın bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması barədə qərar verilib.

Müdafiə Nazirliyindən KİV-ə verilən məlumata görə, şəxsi heyət və tank bölmələrimiz raket-artilleriya qoşunlarının bölmələri, cəbhə aviasiyası və pilotsuz uçuş aparatlarının dəstəyi ilə Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikasını aşkar edərək məhv edirlər.

Əldə olunan məlumata görə müxtəlif istiqamətlərdə Ermənistan hava hücumundan müdafiə bölmələrinin 12 ədəd “OSA” zenit-raket kompleksi məhv edilib. Azərbaycan Hərbi Hava Qüvvələrinin cəbhənin 
Tərtər istiqamətində bir döyüş helikopteri vurulub, ekipaj üzvləri sağdır.

Qoşunlarımızın sürətli ək-hücum əməliyyatı davam edir.

ÖNCEKİ HABER

Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edildi

SONRAKİ HABER

Prezident İlham Əliyevin çıxışı tarixi faktlara əsaslanır' - AÇIQLAMA