Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM

Azərbaycanda qismən səfərbərlik elan edildi - SƏRƏNCAM

ÜMİDTV.com:    Prezident İlham Əliyev Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilməsi haqqında sərəncam imzalayıb

Sərəncama əsasən, Azərbaycan Respublikasında qismən səfərbərlik elan edilib.

Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti təsdiq edilmiş planlara uyğun olaraq hərbi vəzifəlilərin səfərbərlik üzrə hərbi xidmətə çağırılmasını və hərbi-nəqliyyat vəzifəsindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etməlidir.

Nazirlər Kabineti bu sərəncamdan irəli gələn məsələləri həll etməlidir.

Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

ÖNCEKİ HABER

Ukraynalı deputat: “Ermənilər, Qarabağ sizin torpağınız deyil, xalqınıza dezinformasiya verməyi dayandırın”

SONRAKİ HABER

Ermənistan ordusuna məxsus silah-sursat anbarı məhv edildi