XİN beynəlxalq təşkilatlara çağırış etdi

XİN beynəlxalq təşkilatlara çağırış etdi

ÜMİDTV.com:       “Ermənistanın müharibə cinayətlərini qətiyyətlə qınayırıq. Düşmənin mülki şəxsləri məqsədli şəkildə atəşə tutaraq, qorxu içərisində saxlayaraq, atəşə tutmasını dayandırmasını tələb edirik”.

Bunu Xarici İşlər Nazirliyində keçirilən brifinqdə XİN-in Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva bildirib. 

L.Abdullayeva beynəlxalq təşkilatları erməni tərəfinin bu addımlarını kəskin şəkildə qınamağa çağırıb.

“Eyni zamanda, biz beynəlxalq təşkilatları Ermənistanın beynəlxalq hüquq və götürdüyü öhdəlikləri yerinə yetirməyə məcbur etməyə çağırırıq”, - deyə XİN rəsmisi qeyd edib.

ÖNCEKİ HABER

Ermənistan ordusunun alay komandiri ağır yaralandı - RƏSMİ + FOTO

SONRAKİ HABER

Bakı İrəvanı yaşayış məntəqələrinə məqsədli zərbələr endirməkdə təqsirləndirdi