İctimai TV-də Milli Məclisin fəaliyyətini işıqlandıran veriliş yayımlanacaq

İctimai TV-də Milli Məclisin fəaliyyətini işıqlandıran veriliş yayımlanacaq

ÜMİDTV.com:      Oktyabrın 1-dən İctimai TV-də həftədə bir dəfə Milli Məclisin fəaliyyətini işıqlandıran 45 dəqiqəlik veriliş yayımlanacaq.

Bunu Milli Məclisin sədri Sahibə Qafarova parlamentin bugünkü iclasında deyib.

O bildirib ki, həmçinin Milli Məclisdə işə qəbulla bağlı da ilk dəfə komissiya yaradılıb:

“Milli Məclisin İşlər İdarəsində yardımçı vəzifələrdə çalışan əməkdaşlarla əmək müqavilələri bağlanılıb. Eyni zamanda, Milli Məclisin Aparatında nöqsanların araşdırılması və aşkara çıxarılması üçün Milli Məclisin katibliyində icraya nəzarət komissiyası yaradılıb. Əmək müqaviləsi əsasında müqavilə gözləyən əməkdaşlarımızın sayı İşlər idarəsində 23 nəfərdən 2 nəfərə, Aparatda 8-dən 3-ə endirilib. 65 yaşına çatmış əməkdaşların razılıq ərizələri alınıb, onlarla əmək müqaviləsi bir müddətlik uzadılıb. Nazirlər Kabinetinin 120 saylı qərarına uyğun olaraq, minik avtomobilləri üçün yürüş hədləri müəyyən edilib. Eyni zamanda, ezamiyyətlər üçün xüsusi qrafik hazırlanıb”.

ÖNCEKİ HABER

Azərbaycan Ordusu düşmən mövqelərinə artilleriya zərbələri endirir - VİDEO

SONRAKİ HABER

Milli Məclisdə təmsil olunan siyasi partiyaların sayı 11-ə çatıb