Parlamentin payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib

Parlamentin payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib

ÜMİDTV.com:      Azərbaycan Milli Məclisinin 2020-ci il payız sessiyasının qanunvericilik işlər planı təsdiqlənib.

İşlər planına əsasən sessiyada yeni qanun layihələrinə baxılması, habelə əvvəlki sessiyadan qalan layihələrin növbəti oxunuşlarda müzakirəsi nəzərdə tutulur.

Bunlar “Daxili Qoşunlar haqqında”, “Lombardlar haqqında”, “Ali təhsil haqqında”, “Qida təhlükəsizliyi haqqında”, “İnsan orqan və toxumalarının donorluğu və transplantasiyası haqqında”, “Reproduktiv sağlamlıq haqqında”, “Kinematoqrafiya haqqında”, “Azərbaycan muğam sənətinin qorunması və inkişaf etdirilməsi haqqında”, “Turizm haqqında” və s. qanun layihələridir.

Parlamentin payız sessiyasının qanunvericilik işlər planına dövlət büdcəsi zərfinə daxil olan qanun layihələri də daxildir.

Bundan başqa, sessiya ərzində Azərbaycan Prezidentinin, Milli Məclis deputatlarının, Ali Məhkəmənin, Baş Prokurorluğun, Naxçıvan Ali Məclisinin qanunvericilik təşəbbüsü qaydasında təqdim etdikləri və edəcəkləri qanun layihələrinə də baxılması planlaşdırılır.

Sənəd səsverməyə çıxarılaraq qəbul edilib.

ÖNCEKİ HABER

Parlamentin Hesablayıcı komissiyasına yeni üzv seçildi

SONRAKİ HABER

Azərbaycan Ordusu düşmən mövqelərinə artilleriya zərbələri endirir - VİDEO