Göyçayda gənc sahibkar, intihar edib.

Göyçayda gənc sahibkar, Fəqan Abdullayev intihar edib.

ÜMİDTV.com:      Hadisə  ötən gecə  Göyçay  rayonunun  49-cu məhəlləsində qeydə alınıb.Göyçay rayon sakini  1983-cü il təvəllüdlü Abdullayev Fəqan Etibar oğlu sirkə turşusu içib. O, zəhərləndiyi üçün təcili olaraq Göyçay rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

F.Abdullayevin vəziyyəti  ağırlaşdığından  ailə üzvləri onu Bakı şəhərinə, Respublika Toksikologiya Mərkəzinə aparıblar.F.Abdullayev həkimlərin səyinə baxmayaraq dünyasını dəyişib. 

Qeyd edək ki, rayonda sahibkarlıq fəaliyyəti ilə məşğul olan Fəqan Abdullayev  Göyçayın keçmiş icra başçısı Mübariz Ağayevə məxsus "Göyçay-Çörək" ASC-nin çörəkbişirmə sexini icarəyə götürərək işlədirdi. Onun hansı səbəbdən özünə qəsd etməsi hələlik məlum deyil. 

Faktla bağlı Göyçay rayon Prokurorluğu tərəfindən araşdırma aparılır. 
 

Səbuhi Eltonlu  /  Ümid Tv Göyçay

ÖNCEKİ HABER

Aərbaycanda faşizm üzərində Qələbə Günü qeyd olunur -SON DƏQİQƏ

SONRAKİ HABER

Yardımlı rayon Məhkəməsinin hakimi xüsusi ittiham icraatından niyə imtina etdi?- İSLAHATA EHTİYAC DUYULAN RAYON MƏHKƏMƏSİ !