19 yaşlı futbolçunun “Barselona”ya keçidi təsdiqləndi

19 yaşlı futbolçunun “Barselona”ya keçidi təsdiqləndi

ÜMİDTV.com:      “Ayaks”ın sağ cinah müdafiəçisi Serjinyo Dest artıq Barselona şəhərindədir və tibbi müayinədən keçir.

Bu barədə ВВС agentliyi xəbər verib.

Xəbəri Kataloniya klubunun baş məşqçisi Ronald Kuman da təsdiq edib.

“Dest tibbi müayinədən keçirilir. Çox güman ki, o, “Barselona” ilə müqavilə imzalayacaq, - deyə R.Kuman bildirib.

19 yaşlı futbolçunun “Barselona” klubu ilə 2025-ci ilə qədər müqavilə imza atacağı bildirilir.

S.Dest futbolun sirlərinə “Ayaks” akademiyasında yiyələnib.

ÖNCEKİ HABER

Qarabağ Varşavada Polşa çempionuna qarşı - AFİŞA

SONRAKİ HABER

Çavuşoğlu Lavrov ilə Dağlıq Qarabağdakı vəziyyəti müzakirə edib