Neymar İspaniyada vergidən yayınıb

Neymar İspaniyada vergidən yayınıb

ÜMİDTV.com:      Fransanın PSJ klubunun ulduz futbolçusu Neymar “Barselona”da oynadığı 2013-2017-ci illərdə vergidən yayınıb.

Bu barədə “Marca” nəşri məlumat yayıb.

İspaniya vergilər xidməti 2019-cu ilin sonuna qədər vergi hesabatı verməyən şəxslərin və şirkətlərin siyahısını açıqlayıb.

Hesabatda qeyd olunur ki, Neymar İspaniyada vergilər xidmətinə ən çox borcu olan şəxslərdən biridir.  

Braziliyalı futbolçunun vergilərə 34,6 milyon avro borcu var.

Xatırladaq ki, braziliyalı hücumçu 2017-ci ildə Kataloniya klubunu tərk edərək, PSJ-yə transfer olub.

ÖNCEKİ HABER

İstanbul ayağa qalxır: “Ya Qarabağ, ya ölüm!” mitinqi keçiriləcək - FOTO

SONRAKİ HABER

Ərdoğandan Rusiya, ABŞ və Fransa prezidentlərinin Dağlıq Qarabağla bağlı bəyanatına REAKSİYA