Telegram”dan istifadəçiləri sevindirəcək yeni funksiya

Telegram”dan istifadəçiləri sevindirəcək yeni funksiya

ÜMİDTV.com:     “Telegram” messencerində kanallarda məlumatları şərh etmək imkanı yaranıb.

Snob.ru-nun məlumatına görə, yeni funksiya barədə  tətbiqin yaracısı Pavel Durov xəbər verib.

“Bu gün lentlərdəki şərhlər üçün daxili dəstək əlavə edirik. Buna görə “Telegram” tətbiqini yenilədikdən sonra bəzi kanallarda şərh yaza biləcəksiniz”, - deyə Durov bildirib.

Messencerin qurucusu bildirib ki, şərhlər qrup çatına bənzəyəcək. Yəni bütün şərhlər müəyyən kanala əlavə olunacaq. Bu vəziyyətdə istifadəçilər səsli mesajlar və ya GIF şəkilləri buraxa biləcəklər, kanal administratorlarına isə bu imkanları məhdudlaşdırma imkanı veriləcək.

Bundan əlavə, tərtibatçılar mesaj tapmağı asanlaşdırmaq üçün axtarış filtrlərini yeniləyiblər.

ÖNCEKİ HABER

Silahlı Qüvvələrə Yardım Fonduna son bir ayda 7 milyon manata yaxın vəsait daxil olub

SONRAKİ HABER

Azərişıq ASC-nin rəhbərliyi cəbhə xəttində - FOTO