Göyçay sakinlərinin həyatı təhlükədə - SON DƏQİQƏ

Artıq son günlər yağan yağışlar Göyçayda da özünü müəyyən fəsadlarla göstərməyə başlayıb.

ÜMİDTV.com:     Mayın 8-də axşam saatlarında Göyçay çayında suyun səviyyəsi artıb. Nəticədə  Göyçay çayına gələn sel suları Bakı-Şamaxı-Yevlax avtomobil yolunun Göyçay çayı üzərindəki  avtomobil körpüsü üçün qismən təhlükə yaradıb.

Yaranmış  təhlükə ilə  bağlı Rayon İcra Hakimiyyəti başçısının birinci müavini, rayon fövqəladə hallar komissiyasının sədri İkram Vəliyev özünəməxsus  açıqlamasında  bildirib  ki, "hazırda çayda sel axını davam edir, lakin avtomobil körpüsünün çökmək təhlükəsi yoxdur, dayaqlar möhkəmdir". 

O, Göyçay çayında suyun sürətinin azaldılması və sel sularının körpüyə, eləcə də çay kənarı torpaqlara ziyan vurmaması üçün çay yatağında inşa edilən əvəzləyici sol beton sınma qolda su sızmasının baş verdiyini bildirib:

Qeyd edib ki, “bu gün axşam saatlarında çayda suyun səviyyəsinin artması insanların marağına səbəb olub və sakinlər körpünün üstünə toplaşıblar.  Biz vəziyyətlə əlaqədar körpüyə baxış keçirdik, orada təhlükəli hal aşkar etmədik.  Körpünün altında, yəni çayın yatağındakı sol beton sınma qolunda baş verən su sızmasının qarşısının alınması üçün təcili tədbirlər görüləcək.  “Körpübinatikinti” ASC-nin tikinti briqadası sabah Göyçaya gələcək, çay yatağındakı beton plitələrdə su sızmasının qarşısının alınması üçün yenidən betonlama işləri görüləcək”.

Qeyd edək ki, 2 il bundan əvvəl Bakı-Şamaxı-Yevlax avtomagistralının Göyçay rayon ərazisində olan əsas körpülərindən biri sel sularına tab gətirməyib uçmuşdur.  Nəticədə Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 9 nəfər sahibkar barəsində cinayət işi başlanaraq, 6 nəfəri dərhal həbs olunmuşdu.3 nəfərin  isə  cinayət  əməllərini sel suları  yuyub  aparmışdı. Yəni  3 nəfər  günahsız  kimi qeyd  olunmuşdur.İndi  qarşıda duran əsas  məsələ keçmişi  vərəqləmək  yox  bicarə  körpünün  taleyinə yanmaqdı.
 Unutmayaq ki, ölkə Prezidenti  2018-ci il tarixli Sərəncamı ilə uçmuş körpünün bərpasına 3.5 milyon manat vəsait ayırmışdı. Ehtimal olunur ki, ayrılan vəsaitdən təxminən 300 min manat  körpünün bərpası üçün sərf olunub. Yəqin geridə  qalan pulu  sel  suları  yuyub  aparıb. Nəticə olaraq, hadisə ilə bağlı  Bakı şəhərindən komissiya qrupunun  gələcəyi gözlənilir.
Ümid  edirik ki,  yaranmış  problem tez  bir zamanda öz  müsbət  həllini  tapacaq.

Səbuhi  Eltonlu , Ümid Tv Göyçay

 


 

ÖNCEKİ HABER

Fidan Quliyevadan ürək ağrıdıcı sözlər: "Axşam qapıma gələn bu çiçək ürəyimə iynə kimi batdı"-MÜBARİZ MƏNSİMOVDAN TƏBRİK !

SONRAKİ HABER

DTX-nin saxladığı rəis bu şəxslərə şərt qoyubmuş - FOTO