Fidan Quliyevadan ürək ağrıdıcı sözlər: "Axşam qapıma gələn bu çiçək ürəyimə iynə kimi batdı"-MÜBARİZ MƏNSİMOVDAN TƏBRİK !

"Analar günü" münasibəti ilıə Mübariz Mənsimov ailə üzvlərini və yaxınlarını təbrik edib - ÜMİDTV AZƏRBAYCAN

UMİDTV.com:       Türkiyədə heç bir təqsiri olmadan, bu günə qədər həbsdə saxlanılan, milyonların sevimlisi Mübariz Mənsimov, "Analar günü" münasibəti ilə, yaxınlarını və sədaqətli dostlarını bu gün də  unutmadı. 

Bu gün Palmali Şirkətlər Qrupunun sözcüsü, eyni zamanda Mübariz Mənsimova  sədaqətli dost Fidan Quliyeva öz facebook səhifəsində bu barədə ürək ağrıdan ifadələrlə paylaşım edib.  Həmin paylaşımı olduğu kimi təqdim edirik.

"Anneler günün kutlu olsun" Mubariz Gurbanoğlu. 

Axşam qapıma gələn bu çiçək ürəyimə iynə kimi batdı. Elə batdı ki, o ağrını hələ də hiss edirəm... Yandırdı məni... Məhv etdi.. Göz yaşlarıma hakim ola bilmədim... Bu çiçəyi, bu diqqəti, bu məktubu Mübariz bəydən bu gün gözləmirdim, hec gözləmirdim. Amma təxmin etməli idim.

Bunu yalnız o edə bilərdi. Zümrüd ananın oğlu Mübariz Qurbanoğlu. Diqqəti diqqət çəkəcək qədər, ürəyi adı qədər böyük insan... Fəxrimiz, qürurumuz, Mübarizimiz...

Heç nə unutmaz, unutsaq da bərk əsəbləşərdi. Hər zaman diqqəti və jestləri ilə seçilən Mübariz... İnsan həyatını dəyişdirə biləcək qədər böyük jestlər. Kiminsə həyatını, kiminin isə işini qurtarardı. Hec bir qarşılıq gözləmədən. Sevir o belə jestləri və elə bu səbəbdən də çox sevilir. Diqqət etdiyi qədər də diqqət sevər.

O bir otaqlı, boz, soyuq məhbus həyatını yaşayıb, bizi-anaları düşünməsi məni qəhərə boğur. Dərdə salır. Bu çiçəkdən Zümrüd anaya da gedib şübhəsiz. Onu mən heç təsəvvür edə bilmirəm.. Zümrüd anaya bu çiçək yox, oğulu, canı, həyatı olan Mübarizi ən böyük hədiyyə olardı.

Bu çiçəyi qarşıma qoyub baxaraq düşünürəm, biz axı analar heç nə edə bilmirik. Amma bunu bilirik ki, anaların duaları hər zaman qəbul edilir. Gözəl analar! Bayramınız mübarək! Gəlin dualarımızı Mübariz üçün edək. Hədiyyəmiz onun sağlığı və azadlığı olsun!!! Dualarımız səninlədir, Mübariz İnsan!!!"

Ümid Şirkətlər Qrupu olaraq, Türkiyə Prezidenti Rəcəb Təyyib Ərdoğana etdiyimiz rəsmi müraciətlərinin, həmçinin milyonlarla Mübarizsevərlərin müraciətlərinin nəticəsi olaraq, sevimlimiz Mübariz Mənsimovun azad edilməsini böyük ümidlə gözləyirik. İnanırıq ki, Türkiyə dövləti səsimizə səs verəcək, Mübariz Mənsimovu qısa zamanda sevdiklərinə qovuşduracaq. 

Analar günü münasibətilə biz də öz növbəmizdə bütün anaları səmimi qəlbdən təbrik edirik, Mübariz Mənsimovun ağbirçək Anasına və yaxınlarına ən böyük hədiyyə, Mübariz bəyin azadlığa qovuşmasını arzu edirik. 

 

ÖNCEKİ HABER

Bu gün Ümummilli lider Heydər Əliyevin anadan olmasının 97-ci ildönümüdür - ÜMİDTV AZƏRBAYCAN

SONRAKİ HABER

Göyçay sakinlərinin həyatı təhlükədə - SON DƏQİQƏ