Kazanda Azərbaycanın ərazi bütövlüyünə dəstək aksiyası keçirildi - FOTO

Kazanda Azərbaycanın ərazi bütövlüyünə dəstək aksiyası keçirildi - FOTO

ÜMİDTV.com:        Bir qrup fəal Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərində Azərbaycana dəstək aksiyası təşkil ediblər.

Nail Nabiullin, Fanil Qilazov və Eldar Mustafayev Kazan şəhərinin mərkəzi küçəsində “Азәрбайҗан, кардәшләребез! Безнең йөрәкләр Сезнең белән!”(Azərbaycanlı Qardaşlar! Bizim ürəyimiz sizinlədir!) yazılan plakatlar qaldırıblar.

“Biz beynəlxalq səviyyədə tanınmış sərhədlər daxilində Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyirik!”

“Biz Türkük və hər zaman bir-birimizi dəstəkləməliyik. Bu gün azərbaycanlı qardaşlarımıza mənəvi dəstəyimizi və həmrəyliyimizi ifadə edirik. Susa bilmədik, bizim hərəkətimiz ruhumuzun tələbidir”, - N.Nabiullin “Facebook” paylaşımına qeyd edib.

 

 

ÖNCEKİ HABER

Tacikistanda prezident seçkiləri baş tutmuş hesab edildi

SONRAKİ HABER

Qoşulmama hərəkatı Azərbaycanla həmrəy olduğunu açıqladı