Tacikistanda prezident seçkiləri baş tutmuş hesab edildi

Tacikistanda prezident seçkiləri baş tutmuş hesab edildi

ÜMİDTV.com:        Oktyabrın 11-də Tacikistanda keçirilən növbəti prezident seçkilərinin baş tutduğu elan edilib.

Bu barədə “Avesta” informasiya agentliyi məlumat yayıb.

Bildirilir ki, seçkilərdə seçicilərin 71 faizi iştirak edib.

Seçkinin yekun nəticələri bu gün (12 oktyabr) elan ediləcək.

Qeyd edək ki, seçkilərdə hazırkı prezident Emoməli Rəhmonla yanaşı, daha dörd namizəd mübarizə aparıb.

ÖNCEKİ HABER

Ukraynada universitetlər distant təhsilə keçir

SONRAKİ HABER

Kazanda Azərbaycanın ərazi bütövlüyünə dəstək aksiyası keçirildi - FOTO