Peskov: “Beynəlxalq hüquqa görə, Rusiyanın Qarabağa qoşun göndərmək haqqı yox idi”

Peskov: “Beynəlxalq hüquqa görə, Rusiyanın Qarabağa qoşun göndərmək haqqı yox idi”

Rusiya Qarabağ münaqişəsi zamanı əsgərlərini bölgəyə göndərmə haqqına sahib deyildi.

“RİA Novosti”nin məlumatına görə, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib.

Onun sözlərinə görə, Moskva sülhməramlı göndərmə hüququnu yalnız münaqişə tərəflərinin razılığından sonra aldı.

“Sadəcə qoşun göndərmək, özü də hara? Qarabağa? Beynəlxalq hüquqa görə Rusiyanın belə bir haqqı yox idi”, - deyə o, əlavə edib.

Peskov, Rusiyanın BMT Təhlükəsizlik Şurasının bütün müvafiq qətnamələrinə sadiq bir ölkə olaraq qaldığını vurğulayıb.

ÖNCEKİ HABER

Arpine Ovannisyan: “Bu kiçik ölkədə adı Nikol Vovayeviç Paşinyan olan böyük bir fəlakət baş verdi"

SONRAKİ HABER

Ermənilər Azərbaycanı müdafiə edən niderlandlı deputatı təhdid edirlər