Arpine Ovannisyan: “Bu kiçik ölkədə adı Nikol Vovayeviç Paşinyan olan böyük bir fəlakət baş verdi"

Arpine Ovannisyan: “Bu kiçik ölkədə adı Nikol Vovayeviç Paşinyan olan böyük bir fəlakət baş verdi"

“Bu kiçik ölkədə adı Nikol Vovayeviç Paşinyan olan böyük bir fəlakət baş verdi. Onun gedişi həm Ermənistana, həm də Qarabağa lazımdır”.

Aysor.am-ın məlumatına görə, bu sözləri Ermənistan parlamentinin vitse-spikeri Arpine Ovannisyan deyib.

“Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli razılaşma – artıq icra edilməyə başlanmış siyasi sənəddir. Öz evlərini yandıran kəlbəcərlilərin deportasiyasına saatlar qalıb. Bu sənədlə hər şey indi başlayır, bitmir. Sənəd yeni sənədlər təklif edir, orada erməni tərəfi üçün çoxsaylı minalar var”, - deyə A.Ovannisyan bildirib.

A.Ovannisyan qeyd edib ki, Nikol Paşinyan Ermənistan tərəfi üçün ən pis sənədi imzalayıb.

ÖNCEKİ HABER

Qarabağın rəqibində iki futbolçu koronavirusa yoluxdu

SONRAKİ HABER

Peskov: “Beynəlxalq hüquqa görə, Rusiyanın Qarabağa qoşun göndərmək haqqı yox idi”