Azərbaycanda daha bir jurnalist koronavirusa yoluxdu - FOTO

Azərbaycanda jurnalist Anar Cəfərsoy koronavirusa yoluxub.

ÜMİDTV.com:     Bu barədə Anar Cəfərsoy özü “Facebook” səhifəsində yazıb.

O bildirib ki, testin cavabı müsbət olub:

“Allah koronavirusu məhv etsin. Allahın köməyilə koronavirusla mübarizə davam edir. Uca Rəbbim ağır durumda olan anama şəfa versin. Özüm də koronavirusa yoluxmuşam. İki həftədir, güclü öskürək, temperatur hücuma keçib. İlk testin cavabı neqativ, ikincisi isə pozitiv oldu.

Hazırda müalicə olunuram. Allaha güvənirəm, qorxulu nəsə yoxdur. Canınızın qədrini bilin, özünüzü qoruyun, koronavirusla zarafat etməyin”, - deyə jurnalist yazıb.

ÖNCEKİ HABER

Bakıda zavodda dəhşət - Usta faciəli şəkildə öldü

SONRAKİ HABER

SON DƏQİQƏ: DSX-nin 6 zabiti həbs edildi - RƏSMİ