Bakıda zavodda dəhşət - Usta faciəli şəkildə öldü

Bakıda usta faciəli şəkildə ölüb.

ÜMİDTV.com:     hadisə paytaxtın Suraxanı rayonunda yerləşən zavodda baş verib. Həmin zavodda tornaçı işləyən Nağıyev İlkin İbrahim oğlu iş yerində torna dəzgahında işləyərkən paltarı aparatın fırlanan hissəsinə ilişib. O aldığı xəsarətdən dünyasını dəyişib.

Faktla bağlı Suraxanı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 162.2-ci (əmək mühafizə qaydalarını pozma, zərərçəkənin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

ÖNCEKİ HABER

Əbülfəs Qarayev kollektivlə VİDALAŞDI

SONRAKİ HABER

Azərbaycanda daha bir jurnalist koronavirusa yoluxdu - FOTO