Rusiyada koronavirusa yoluxanların sayı 362 mini ötüb

Rusiyada son sutka ərzində daha 8915 nəfər yeni növ koronavirusa (COVID-19) yoluxub.

ÜMİDTV.com:   Rusiyanın Operativ Qərargahından yerli KİV-ə verilən məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 362 342 nəfərə çatıb.

Son sutka ərzində 174 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 3807 nəfərə çatıb.

Xəstəlikdən sağalanların sayı 131 129 nəfərdir.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ-dan sonra ikinci yerdə gəlir.

ÖNCEKİ HABER

UEFA-dan Çempionlar Liqası ilə bağlı YENİ QƏRAR

SONRAKİ HABER

SON DƏQİQƏ: Suriyada müharibə sona çatır - Əsəd rejimi və müxalifət razılığa gəldi