UEFA-dan Çempionlar Liqası ilə bağlı YENİ QƏRAR

UEFA Çempionlar Liqasının həlledici oyunları ilə bağlı qərar verməyib.

ÜMİDTV.com:    Qurum yarımfinal və finalın “Dördlər finalı” formatında Almaniyada keçiriləcəyi barədə xəbərlərə münasibət bildirib.

Təşkilat İstanbulda keçirilməli olan finalın yerinin dəyişdirilməsi və həlledici qarşılaşmaların formatı ilə bağlı yekun qərar verilmədiyini açıqlayıb: “Biz yarışların tarix və formatı ilə bağlı bütün variantları nəzərdən keçiririk. Bunu klublar, liqalar və milli assosiasiyaların nümayəndələrinin yer aldığı İşçi Qrup gerçəkləşdirir. Hazırda heç bir qərar verilməyib. Qərar iyunun 17-də veriləcək”.

Qeyd edək ki, Çempionlar Liqası koronavirus pandemiyasına görə martda dayandırılıb.

ÖNCEKİ HABER

Tramp: Tezliklə tarixin ən böyük silahına sahib olacağıq

SONRAKİ HABER

Rusiyada koronavirusa yoluxanların sayı 362 mini ötüb