Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: +994505490868 (WhatsApp)

ÜMİDTV.com:     Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən yaxın dövrdə QubaBərdə və Şəki rayonlarında da peşə tədrisi mərkəzlərinin yaradılması planlaşdırılıb.

Məqsəd həmin bölgələrdə işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələr üzrə hazırlıq kurslarının təşkili üçün müasir infrastrukturun qurulmasıdır.

Peşə və ixtisası olmadığına görə münasib iş yeri seçməkdə çətinlikçəkən, yaxud peşə vərdişlərinə uyğun gələn iş olmadığı üçün öz peşəsini dəyişməsi zəruri olan şəxslər üçün bu mərkəzlərdə peşə kursları təşkil olunacaq. Kursları bitirənlərə peşə sertifikatlar təqdim olunmaqla, onların yeni yiyələndirkləri peşələr üzrə məşğulluğu təmin olunacaq.

Hazırda Nazirliyin BakıGöyçay və Gəncə şəhərlərində peşə tədrisi mərkəzləri fəaliyyət göstərir.

ÖNCEKİ HABER

Silvester Stalonnenin bağında olmuşam - Nazpəri Dostəliyeva

SONRAKİ HABER

Bəzi məqamlarda çoxarvadlılıq vacibdi - Allahşükür Paşazadə