Silvester Stalonnenin bağında olmuşam - Nazpəri Dostəliyeva

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin: +994505490868 (WhatsApp)

ÜMİDTV.com:    “Tam səmimi sözümdür. Demək olar ki, 26-27 ölkədə olmuşam. Yaponiyada, Amerikada, İtaliyada, hətta Silvester Stalonnenin bağına belə getmişəm”.

Bu sözləri Xalq artisti Nazpəri Dostəliyeva “Xəzər” TV-də yayımlanan “5/5” verilişində deyib. Sənətçi dünyanı gəzsə də, vətənini hər yerdən üstün tutduğunu bildirib:

“Yəni demək istəyirəm ki, tarixi abidələri gəzmişəm. İtaliyada xalça muzeyində olmuşam. Ora qaranlıq olmalıdır, işıq düşməməlidir. Həmin muzeyə hər adam gedə bilmir, sənət adamı olmağım hər zaman mənə kömək edir. Bunların hamısını görmüşəm, bir müddət sonra demişəm ki, sənə qurban olum, Azərbaycan”.

Nazpəri Dostəliyeva aparıcı Zaur Kamalın “Silvester Stalonnenin bağına niyə getmişdiniz? Özü dəvət etmişdi” sualına isə belə cavab verib:

“Onun bağına gəzintiyə getmişdim. Los-Ancelesdə dağın üstündə, ancaq müğənnilərin və aktyorların bağı yerləşir. Orada şlaqbaun var, icazəsiz heç kim həmin dağa qalxa bilməz. Onların sənət adamlarında çox böyük birlik var”.

ÖNCEKİ HABER

MÜBARİZ MƏNSİMOVLA BAĞLI NİYƏ RƏSMİ AÇIQLAMA VERİLMİR - QISA ŞƏRH

SONRAKİ HABER

Daha üç rayonda peşə tədrisi mərkəzi açılacaq