MÜBARİZ MƏNSİMOVLA BAĞLI NİYƏ RƏSMİ AÇIQLAMA VERİLMİR - QISA ŞƏRH

Türkiyədə Feto cinayət işi ilə əlaqədar barəsində həbs qətimkan tədbiri seçilən, Azərbaycanlı xeyriyyəçi iş adamı Mübariz Mənsimovun işi ilə bağlı bu günə qədər heç bir rəsmi açıqlama verilməmişdir.

ÜMİDTV.com:     Xəbər verdiyimiz kimi, xeyriyyəçi addımları ilə milyonların sevgisini qazanan iş adamı Mübariz Mənsimov, artıq 2 aydan artıq müddətdir ki, ona qarşı irəli sürülən ittihamla bağlı heç bir rəsmi açıqlama verilmədən həbsdə saxlanılır. 

Hal bu ki, haqqında bəhs etdiyimiz xeyriyyəçi iş adamı Mübariz Mənsimovun haqqında yayılan ilkin cinayət işi məlumatları onun bu günə qədər həbsdə saxlanılmasına əsas vermir. 

Belə ki, ilkin məlumata əsasən, Mübariz Mənsimov, vaxtı ilə Palmali Şirkətində çalışmış və yol verdikləri ciddi nöqsanlara görə işdən uzaqlaşdırılan şəxslərin (İstintaq aparıldığından adlarını qeyd etmirik) ilkin ifadələri əsasında saxlanılaraq axşam saatlarında  məhkəməyə aparılıb və məhkəmənin qərarı ilə barəsində həbs qərarı verilib. 

Qeyd edək ki, həmin şəxslərin ilkin ifadələrinin qərəzli olmasını təsdiq edən faktor, onların Mübariz Mənsimova qarşı işdən çıxarılmaları ilə bağlı məqsədyönlü faktların olması şübhəsizdir. 

Digər tərəfdən, ilkin ifadələr bizə deməyə əsas verir ki, əgər, həmin şəxslər Mübariz Mənsimovun Feto terror qruplaşaması ilə əlaqədə olduğunu iddia edirdilərsə, o halda cinayətdən məlumatlı şəxslər olaraq həmin tanıklar da bu gün həbs olunmalı idi. Lakin görünən odur ki, sözügedən şəxslər bu gün azadlıqdadırlar. Bu o deməkdir ki, sözügedən tanıklar Mübariz Mənsimovun həbs olunması üçün seçilmiş məqsədyönlü senarinin bir parçasıdırlar.

Həbs olunduğu tarixdən bu günə qədər Mübariz Mənsimova qarşı irəli sürülən ittihamlarla bağlı Türkiyənin İstintaq orqanı tərəfindən rəsmi açıqlama verilməməsi də, məhz sözügedən tanıkların əsassız ifadələrindən başqa hər hansı möhtəbər fakta əsaslanan sübutun olmamasından xəbər verir. 

Onu da qeyd etməyi zəruri hesab edirəm ki, Türkiyə Dövlətinin hüquq sistemi müstəqil mühakimə prinsipinə bağlı olduğundan, İstintaq orqanı tərəfindən  Mübariz Mənsimov haqqında başlanan cinayət işinin, məhz  üç  əsassız və qərəzli ifadə verən şəxsin sübuta söykənməyən faktları əsasında qəbul olunmaz bir ağır ittiham üzərində qurulması mümkünsüzdür.  Cinayət hüququnun əsas prinsipial mahiyyəti, sübuta yetirilməyən faktların təqsirləndirilən şəxsin xeyrinə həll olunmasıdır.  Hadisələrin gedişatından  işin bu günə görünən tərəfi budur ki, Mübariz Mənsimovun barəsində başlanan cinayət işi tezliklıə xitam verilməklə nəticələnməlidir. 

Bütün bu sadalanan faktlar qısa zamanda Mübariz Mənsimovun barəsində başlanan cinayət işinə xitam veriləcəyindən xəbər verir. 

Hər bir halda bir hüquqçu olaraq, real faktlara əsaslnmaqla cinayət işinin gedişatında bəlli olan ilkin faktların və bu günə qədər digər hər hansı bir fakt barədə rəsmi açıqlamanın olmaması mən də bu qənaəti  yaradır.  Əminəm ki, cinayət işinin gedişatı məni yanıltmır. 

Qısaca da olsa Mübariz Mənsimovun barəsində seçilən həbs qətimkan tədbirinə də toxunmağı zəruri hesab edirəm. Düşünürəm ki, Beynəlxalq Hüquq  Qaydalarına uyğun olaraq, Mübariz Mənsimovun daimi yaşayış və iş yeri olduğndan, ağır əməliyyat keçirdiyindən, himayəsində azyaşlı uşaq olduğundan, onun barəsində həbs qətimkan tədbirinin seçilməsi hüquqi baxımdan yanlış qərar olub və bu gün həmin qərarın dəyişdirilməsinə kifayət qədər əsaslar mövcuddur. 

İnanıram ki, hüquqi və demokratik prinsiplərə əsaslanan Türkiyə Dövlətinin istintaq orqanı qısa zamanda ədalətli nəticəyə gələcək və Mübariz Mənsimovun barəsində başlanan cinayət işinə xitam verəcək. 

Çünki Azadlıq Mübariz Mənsimovun Haqqıdır !

Mövzunun davamı var...

Rəhman Cəbiyev / Ümid Tv Azərbaycan

ÖNCEKİ HABER

Ucuz qiymətə ev almaq istəyənlərin NƏZƏRİNƏ

SONRAKİ HABER

Silvester Stalonnenin bağında olmuşam - Nazpəri Dostəliyeva