Dövlət Miqrasiya Xidmətindən əcnəbilərə MÜRACİƏT

Dövlət Miqrasiya Xidməti (DMX) Azərbaycanda müvəqqəti olma müddəti 1 avqust 2020-ci il tarixinədək bitəcək olan əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə müraciət edib.

ÜMİDTV.com:     Dövlət Miqrasiya Xidmətinin  məlumatına görə, dövlət sərhədində giriş-çıxışa tətbiq edilmiş məhdudiyyətin 1 avqust 2020-ci il tarixinədək uzadılması nəzərə alınmaqla, ölkədə olma müddəti həmin tarixədək bitəcək əcnəbilərin müraciətləri DMX tərəfindən qəbul edilmiş hesab olunur və bu şəxslərin müvəqqəti olma müddətləri 30-60 gün uzadılacaq.

Müvəqqəti olma müddəti (müvafiq dövlət rüsumu ödənilməklə) artıq 60 gün uzadılmış əcnəbilərin ölkədə olması, dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırılanadək əlavə müraciət olmadan və dövlət rüsumu ödənilmədən qanuni hesab olunur. Dövlət sərhədində hərəkətlə bağlı tətbiq olunan məhdudiyyətlər aradan qaldırıldıqdan sonra qısa müddət ərzində həmin əcnəbilərin ölkə ərazisini tərk etmələri və ya müvafiq əsaslar olduğu təqdirdə, müvəqqəti yaşama icazəsi üçün müraciət etmələri tələb olunacaq. Bununla bağlı əlavə məlumat veriləcək.

Müvəqqəti olma müddətinin uzadılması barədə qərarları fiziki olaraq götürmək tələb olunmur. Zərurət olduğu təqdirdə, qərarlar Xidmətin rəsmi internet səhifəsi (https://eservice.migration.gov.az/public/application-track) vasitəsilə əldə oluna bilər.

Daha ətraflı məlumat üçün (012) 919 Çağrı Mərkəzinə zəng etməyiniz xahiş olunur.

 
 
ÖNCEKİ HABER

Deputat İqbal Məmmədov Lerik-Yardımlı rayonlarını birləşdirən yol çəkilməsini TƏKLİF ETDİ

SONRAKİ HABER

Azərbaycan Prezidentinin köməkçisi Anar Ələkbərov media nümayəndələri ilə görüşüb