Deputat İqbal Məmmədov Lerik-Yardımlı rayonlarını birləşdirən yol çəkilməsini TƏKLİF ETDİ

Deputat İqbal Məmmədov Lerik-Yardımlı rayonlarını birləşdirən yol çəkilməsini TƏKLİF ETDİ

ÜMİDTV.com:    Deputat  İqbal Məmmədov Lerik-Yardımlı rayonlarını birləşdirən yol çəkilməsini hökumət qarşısında qaldırıb.

Ümidtv-nin məlumatına görə, "Ölkə. Az"xəbər verir ki, parlamentin bu gün keçirilən növbədənkənar sessiyasında çıxış edən deputat İqbal Məmmədov Leriklə Yardımlı arasında yol çəkilməsini hökumətə təklif edib. "Leriklə Yardımlı qonşu rayon olsa da, tarixən bu iki rayonu birləşdirən abad yol olmayıb. Baxmayaraq ki, iki rayon mərkəzi arasındakı məsafə 25-30 km məsafə olsa da, yol olmadığından, insanlar 180 km-lik  məsafə qət edərək  Yardımlı-Masallı-Lənkəran- Lerik dairəvi yolundan istifadə etməli olurlar. Bununla bağlı dəfələrlə müvafiq qurumlar qarşında qaldırsa da, nəticəsi olmayıb.  Hökumətə təklif edirəm ki, bu məsələni nəzərə alsın və iki rayon mərkəzini birbaşa birləşdirən yeni yolun çəkilişini plana salıb, maliyyə vəsaiti ayırsın"- deputat qeyd edib.
ÖNCEKİ HABER

Sabirabad rayon prokurorluğu MƏLUMAT YAYDI

SONRAKİ HABER

Dövlət Miqrasiya Xidmətindən əcnəbilərə MÜRACİƏT