Yardımlıda koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar küçə və obyektərdə növbəti reyd keçirilib

Yardımlıda koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar küçə və obyektərdə növbəti reyd keçirilib.

ÜMİDTV.com:            07 iyul tarixində Yardımlı rayon İcra Hakimiyyətinin başçısı və hüquq-mühafizə orqanlarının məsul əməkdaşları rayon ərazisində koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar növbəti reyd keçirmişdir. Operativ Qərərgahın müəyyən etdiyi qaydalara uyğun olaraq RİH başçısı və hüquq mühafizə orqanlarının rəhbərləri qida məhsullarının ticarəti ilə məşğul olan müəssisələrdə, ictimai-iaşə obyektlərində, ticarət və xidmət sahələrində əhali ilə fərdi söhbətlər aparmışlar.
     Reydlər zamanı vətəndaşlarla maarifləndirici söhbətlər aparılmış, onlara sanitar rejimin tələbləri izah edilmiş, sosial məsafənin qorunması və tibbi maskalardan istifadənin zəruri olduğu, evdən çıxarkən, qapalı məkanlarda, xüsusən iaşə müəssisələrində, ictimai nəqliyyatda nəfəs yollarını qoruyan tibbi maskadan mütləq qaydada istifadə etmələri, insanlarla təmas zamanı 2 metrlik ara məsafəsini saxlamaları, bütövlükdə karantin rejimi dövrü üçün müəyyən edilmiş qaydalara ciddi riayət etməkləri tövsiyyə olunmuşdur.

 

 

ÖNCEKİ HABER

Filologiya elmləri üzrə fəlsəfə doktoru, tanınmış jurnalist Anar Vəziroğlu Mübariz Mənsimova dəstək oldu - MÜBARİZİ AZAD EDİN !

SONRAKİ HABER

Gənc müəllim İlkin Əzizliyə yardım edək - ÜMİDTV