Filologiya elmləri üzrə fəlsəfə doktoru, tanınmış jurnalist Anar Vəziroğlu Mübariz Mənsimova dəstək oldu - MÜBARİZİ AZAD EDİN !

Filologiya elmləri üzrə fəlsəfə doktoru, tanınmış jurnalist Anar Vəziroğlu Mübariz Mənsimova dəstək oldu

ÜMİDTV.com:       Ötən gün Ümid Tv Azərbaycan kanalında Mübariz Mənsimova dəstək üçün yayımlanan canlı yayımın qonağı, filologiya elmləri üzrə fəlsəfə doktoru, yazar və tanınmış jurnalist Anar Vəziroğlu olub.

Tanınmış jurnalist canlı yayımda Azərbaycan və Türkiyə Prezidentlərinə müraciət edərək, hər kəsin qəlbində xüsusi yeri olan vətənpərvər Mübariz Mənsimovun həbsdən azad edilməsinə yardımçı olmağı xahiş edib. Eyni zamanda qeyd edib ki, Mübariz Mənsimov həbs olunmamalı idi. Çünki o, həm Azərbaycan, həm də Türkiyə üçün mühüm şəxsiyyətlərdən biridir. Anar Vəziroğlu Türkiyə ədalətinə inandığını bildirərək, Mübariz Mənsimovun azad olunacağını dilə gətirib.

O, qeyd edib ki, "hər bir Azərbaycanlı Mübariz Mənsimova dəstək olmalıdır. Mübariz Mənsimovun azad olunacağı gün. Mənim rahat nəfəs alacağım gün olacaq. Mən cənab Prezidentə və hörmətli birinci Vitse Prezidentə müraciət edirəm ki, mən ev istəmirəm, onlardan heç nə istəmirəm, sadəcə bir xahişim var, Mübariz Mənsimova köməklik edib onu azad etsinlər". 

ÖNCEKİ HABER

Qərar verildi: İyulun 9-dan...- RƏSMİ

SONRAKİ HABER

Yardımlıda koronavirus (COVİD-19) pandemiyasına qarşı mübarizə tədbirlərinin gedişi ilə əlaqədar küçə və obyektərdə növbəti reyd keçirilib