İlham Əliyev SOCAR-ın strukturunun təkmilləşdirilməsi haqqında fərmanına dəyişiklik edib

İlham Əliyev SOCAR-ın strukturunun təkmilləşdirilməsi haqqında fərmanına dəyişiklik edib

“Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 24 yanvar tarixli fərmanında dəyişiklik edilib. 

 

AZƏRTAC xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb. 

 

Fərmana əsasən, “Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Nizamnaməsi”nin 5.19-cu bəndinin ikinci cümləsində “, geologiya və geofizika məsələləri üzrə, yataqların işlənməsi üzrə, iqtisadi məsələlər üzrə, emal üzrə, sərmayələr və marketinq üzrə, sosial məsələlər üzrə, ekologiya üzrə, kadr, rejim və informasiya texnologiyaları üzrə, strateji inkişaf üzrə, neftin, qazın nəqli və qaz təsərrüfatı məsələləri üzrə vitse-prezidentlərindən və” sözləri “və 12 (on iki)” sözləri ilə əvəz edilib.

ÖNCEKİ HABER

Əfqanıstandan Azərbaycana qaçqın kimi müraciət edən olub? - RƏSMİ

SONRAKİ HABER

Dövlət Neft Şirkətinə iki vitse-prezident təyin edildi - SƏRƏNCAM