“Taliban” hərəkatının Əfqanıstanda hakimiyyəti ələ keçirməsindən sonra vətəndaşlar oradan qaçırlar.
Bəs Azərbaycana qaçqın kimi müraciət edən əfqanlar varmı?
Dövlət Miqrasiya Xidmətindən Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, Əfqanıstandakı baş verən son hadisələrdən sonra qaçqın statusu ilə bağlı müraciət edilməyib.
Qeyd edək ki, bu ölkədən əvvəlki illərdə müraciət edən və qaçqın statusu almış doqquz nəfər var.
İlhamə Əbülfət