COVID-19 pasportu olmayan müəllimlərə məhdudiyyətlər olacaq - RƏSMİ

COVID-19 pasportu olmayan müəllimlərə məhdudiyyətlər olacaq - RƏSMİ

ÜMİDTV:      “COVID-19 pasportu olmayan təhsil işçiləri ilə bağlı müəyyən məhdudiyyətlər olacaq”.

 

Bunu Bakı Şəhər Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva bildirib.

 

Onun sözlərinə görə, hazırda bu məsələ müzakirə olunur:

 

“COVID-19 pasportu olan şəxslər tədrisə rahat cəlb olunacaq. Çünki onlar digər şəxslər üçün risk yaratmayacaqlar.

 

Təhsil kütləvi sahədir. Burada şagirdlər, aşağı yaş qruplarından olan şəxslər təhsil alır. Həmin şəxsləri riskə ata bilmərik”.

ÖNCEKİ HABER

COVID pasportu olmayan marşrut sürücüləri reysə buraxılmayacaq - RƏSMİ

SONRAKİ HABER

Əfqanıstandan Azərbaycana qaçqın kimi müraciət edən olub? - RƏSMİ