Azərbaycanda əsgər bədbəxt hadisə nəticəsində vəfat etdi - RƏSMİ

Azərbaycanda əsgər bədbəxt hadisə nəticəsində vəfat etdi

ÜMİDTV.com:        Bu gün saat 09:15 radələrində Dövlət Sərhəd Xid­mətinin (DSX) Qaradağ rayonunda yerləşən “N” saylı hərbi hissəsinin müd­dətli həqiqi hərbi xidmət hərbi qulluqçusu 2019-cu ilin aprel ayında həqiqi hərbi xidmətə çağırılmış əsgər Qurbanlı Natiq Elçin oğlu təsər­rüfat işlərinin görülməsi zamanı ehti­yatsızlıq səbəbindən baş ver­miş bəd­bəxt hadisə nəticəsində vəfat edib.

Bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb.

Dövlət Sərhəd Xidmətinin və Hərbi Prokurorluğun əməkdaşları tərəfindən hadisə ilə əlaqədar müvafiq araşdırma aparılır.

Dövlət Sərhəd Xidmətinin rəhbərliyi hərbi qulluqçunun ailəsinə və yaxınlarına dərin hüznlə baş sağlığı verir.

ÖNCEKİ HABER

Biləsuvar susuzdur -DEPUTATDAN ÇAĞIRIŞ

SONRAKİ HABER

Dərslər sentyabrın 15-də başlanacaq - Elçin Əfəndidən AÇIQLAMA