Biləsuvar susuzdur -DEPUTATDAN ÇAĞIRIŞ

Milli Məclisdə Biləsuvar rayonunu təmsil edən deputat aidiyatı qurumlara çağırış etdi.

ÜMİDTV.com:    Bir neçə ay bundan öncə ÜmidTv Azərbaycan kanalı olaraq Biləsuvar rayonundan iki çəkiliş təqdim etmişdik. Biləsuvar rayonunda sudan əziyyət çəkən sakinlərin müraciətlərini işıqlandırmışdıq. Rayonun bəzi məsul şəxsləri ilə söhbət zamanı hər şeyin qaydasında olduğunu həvəslə deyirdilər. Baxmayaraq ki, biz real kadrları yerində çəkib göstərirdik ki, görsünlər həqiqət onların düşündüyü kimi deyil. 

Nəhayət ki, Biləsuvar rayonunu Milli Məclisdə təmsil edən deputat Bəhruz Məhərrəmov özünün facebook səhifəsindən bu faktı təsdiq edərək, aidiyyatı qurumlara çağırış etdi. Həmin paylaçımı olduğu kimi təqdim edirik.

"Biləsuvar susuzdur!

Milli Məclisin yaz sessiyasında bu məsələ tərəfimizdən Parlamentin iclaslarında dəfələrlə gündəmə gətirilib, rəsmi olaraq bütün orqanlara məktublar göndərilib, ayrı-ayrı dövlət məmurları ilə ikitərəfli müzakirələr aparılıb. Bu gün bir daha aidiyyatı strukturları məsələnin ciddiliyinin fərqinə varmağı xahiş edirəm. Bu problem yerli orqanların həll edəcəyi məsələ deyil. Biləsuvara kömək lazımdır! Bəli, digər rayonlarda su problemi var, lakin, Biləsuvarın vəziyyəti tam fərqlidir. Tam məsuliyyətimlə bəyan edirəm ki, Biləsuvarda olan su qıtlığı digər heç bir rayonda yoxdur. Qonşu rayonlardan, suyu azalsa da çaylar keçir. Biləsuvarda isə heç bir təbii su qaynağı yoxdur. Əgər ölkədə su problemi həll olunacaqsa, inanırıq ki, olunacaq, məsələyə Biləsuvardan başlamaq lazımdır. Əziz media orqanları, dəyərli dostlar, bu məsələdə hamınızdan səsimizə səs verməyə, problemin həllində dəstəyinizi əsirgəməməyə çağırıram."

İnanırıq ki, sakinlərin səsinə səs verməyən aidiyyatı təşkilatların məsul şəxsləri, deputatın çağırışına reaksiya verəcəklər.

ÖNCEKİ HABER

Bu gün buraxılış imtahanları keçirilir

SONRAKİ HABER

Azərbaycanda əsgər bədbəxt hadisə nəticəsində vəfat etdi - RƏSMİ