Müqavimət Cəbhəsi: “Taliban” Pəncşirdə etnik təmizləmə aparır”

Müqavimət Cəbhəsi: “Taliban” Pəncşirdə etnik təmizləmə aparır”

Əfqanıstan Milli Müqavimət Cəbhəsinin nümayəndəsi Əli Nazəri “Taliban” nümayəndələrinin Pəncşir əyalətində etnik təmizləmə apardıqlarını deyib.

O, beynəlxalq birliyi müdaxilə etməyə çağırıb.

“Taliban” Pəncşirdən minlərlə insanı qovdu. Onlar etnik təmizləmə həyata keçirir. Dünya isə hələ də bu vəziyyəti izləyir və görməzdən gəlir. Beynəlxalq ictimaiyyəti bu hərbi cinayətləri dayandırmağa çağırırıq”, - deyə Nazəri “Twitter” hesabında yazıb.

ÖNCEKİ HABER

MDB Oyunları: Badmintonçumuz finalda

SONRAKİ HABER

Rusiyada avtomobillərə “texosmotr” ləğv edilir